Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu-nun
HESABATI

     Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (ACİ-YF) açıq cəmiyyəti inkişaf etdirmək və ona yardım göstərmək məqsədilə 1996-cı ilin dekabrında Azərbaycanda yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

     Açıq cəmiyyət konsepsiyasının təkidinə görə, heç bir şəxs mükəmməl bilik sahibi ola bilməz. Açıq cəmiyyət qanunun aliliyinə, demokratik üsulla seçilmiş dövlətin, fəal vətəndaş cəmiyyətinin, azlıqların düşüncə tərzinə hörmət mövcudluğuna və bazar iqtisadiyyatına əsaslanmış cəmiyyətlər deməkdir.

     ACİ-YF-nun Azərbaycan üçün nəzərdə tutulan vəsaitlərinin əsas mənbəyini məşhur sahibkar və xeyriyyəçi Corc Sorosun investisiyaları təşkil edir.

     Fəaliyyətin başlanğıcından bu günədək ACİ Azərbaycanda təxminən 15 milyon ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Aşağıdakı cədvəl bu vəsaitlərin 1997-ci ildən başlayaraq hər ilə aid qrantların sayını və onlara xərclənmiş məbləğləri göstərir:

    1997-ci il - 114 qrant - $187.169
    1998-ci il - 382 qrant - $871.025
    1999-ci il - 559 qrant - $1.036.451
    2000-ci il - 569 qrant - $1.400.656
    2001-ci il - 394 qrant - $1.678.107

     ACİ-YF informasiyanın azad təminatı, təhsil vasitəsilə gəncliyin rolunun artırılması və vətəndaş cəmiyyətinin inkişafı yönündə səylərini davam etdirir.

     İnformasiya və İnternetin Azərbaycanda inkişafına dair Fond pulsuz İnternet istifadəsi məntəqələrinin yaradılması, internet resurslarının yaradılması kursları, kitabxanaların inkişafı və təminatı kimi bir sıra uzunmüddətli layihələri Bakıda və Azərbaycanın bir sıra rayonlarında həyata keçirir.

     Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun fəaliyyətinin coğrafiyası demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə edir. Gəncə, Mingəçevir və Lənkəranda Təhsil İnformasiya Mərkəzləri fəaliyyət göstərir. Belə bir Mərkəzin Naxçıvanda da təşkil edilməsi nəzərdə tutulur.

     Proqramların daha bir qrupu təhsilə həsr olunub. Məktəbəqədər, ibtidai və orta təhsil sahəsində "Addım-Addım" və Tənqidi Təfəkkürün inkişiafı üçün Mütaliə və Yazı (TTIMY) proqramları inkişaf etdiririlir. Xüsusi vüsət almış "Addım-Addım" layihəsi öz fəaliyyətini 1998-ci ildə başlayaraq, Azərbaycan paytaxtının, rayon mərkəzlərinin və kəndlərin 35 orta məktəb və 52 uşaq bağçasında tətbiq olunmuşdur. Ali məktəb və universitet səviyyəsində digər proqramlar "Debatlar", tarix dərsliklərinin hazırlanmasına, tədris planları islahatına və müəllim təhsilinə yönəldilmişdir. Belə ki, "Debatlar" proqramı Qəncə, Lənkəran, Mingəçevir, Şəki, Sumqayıt, Şamaxı, Qax, Astara və Xanlarda uğurla fəaliyyət göstərir.

     Vətəndaş cəmiyyətinin inkişafı proqramları ACİ-YF üçün üçüncü əsas istiqaməti təşkil edir. Burada əsas diqqət 1999-cu ildən hüquq islahatları üzrə hüquqi təhsil, yerli özünüidarəetmə və hüquqi informasiya sahələrinə verilmişdir.

     QHT-lərin müxtəlif sahələrdə fəaliyyəti Fond tərəfindən dəstəklənməkdədir. Bundan ötrü Fondun səhiyyə, hüquq, KİV, qadınlar, mədəniyyət və incəsənət proqramları fəaliyyət göstərirlər.

     Açıq Cəmiyyət İnstitutu şəffaflıq prinsiplərinə sadiq olaraq, görülmüş işlər barədə cəmiyyət qarşısında müntəzəm hesabatlar verir və aşağıdakı cədvəli təqdim edir:

PROQRAMLAR ÜZRƏ ÜMUMİ XƏRCLƏR 2001-ci il
ABŞ dolları ilə
PROQRAMLARXƏRCLƏR
Təhsil Proqramları790,791
İngilis dili Proqramları105,346
Gənclik Proqramları165,668
Şərq-Şərq Proqramları97,379
Elmi səfərlərin maliyyəşdirilməsi haqqında məlumat18,572
İnformasiya Proqramları514,087
Səhiyyə Proqramları209,674
İqtisadi islahat proqramı29,990
İncəsənət və Mədəniyyət Proqramları172,971
Kütləvi informasiya Proqramları127,142
Yerli Özünüidarəetmə Proqramları14,487
Hüquq188,356
Ədalət mühakiməsi3,712
Qadın Proqramları165,493
Vətəndaş cəmiyyəti Proqramları57,633
CƏMİ$2,661,301

ACİ-YF öz fəaliyyəti haqqında daha ətraflı məlumat vermək üçün iyul ayında mətbuat konfransı keçirməyi nəzərdə tutur.



webmaster@osi-az.org