Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəb
Jurnalistika üzrə iki illik ingilis dili maqistr proqramı təklif edir.

Cənubi Qafqaz üzrə keçirilən musabiqədə qalib gələn 23 ən istedadlı namizəd xəbərlər mühitində işləmək və kütləvi informasiya vasitələrinin idarəçiliyi sayəsində yüksək biliklərə yiyələnmək imkanı əldə edəcəkdir.

Təhsilin bir hissəsi Azərbaycanda, əsas hissəsi isə Gürcüstanda keçiriləcək. Dərs ili 2005-ci ilin oktyabrından başlayacaq.

Təhsili ABŞ və Avropadan gəlmiş mütəxəssislər tədris edir. Təhsil zamanı praktiki məşğələlərə geniş yer ayrılır, məqalələrin faktlar əsasında hazırlanmasına dair son təcrübənin öyrənilməsinə, televiziya və qəzetlər üzrə profesional məqalələrin hazırlanmasına xüsusi diqqət verilir. Tələbələr kompyuter labaratoriyası, internet audio, foto, video, avadanlığı və kitabxana ilə təchiz olunur. Tələbələlərin məqalələri məktəbin qəzetində dərc edilir.

Təhsil proqramı aşağıdakı bölmələri əhatə edir:

  • Jurnalistikanın prinsipləri;
  • Xəbərlərin hazırlanması və təqdim edilməsi;
  • Profesinal standartlar və jurnalistika etikası;
  • Vizual jurnalistika;
  • Biznes xəbərlərinin hazırlanması;
  • Məhkəmə və hüquq xəbərləri;
  • Enerji, ətraf mühitə dair xəbərlərin hazırlanması;
  • Seçki xəbərləri və siyasi xəbərlər;
  • Televiziya yayımı;
  • Radionun əsasları;
  • Media menecment;
  • İqtisadiyyat;
  • İngilis dili üzrə intensiv təlim;
  • Kompüter təlimi;
  • İngilis dilində yazmaq imkanlarının artırılması;

Qəbul imtahanları:

  • ana dilində 300 sözdən ibarət məqalə
  • təyin olunmuş komissiya ilə müsahibə

Abituriyentlərdən aşağıda göstərilənlər tələb olunur:

  • Bakalavr və ya Magistr diplomu (Jurnalistika təhsili tələb edilmir);
  • Mükəmməl İngilis dili bilikləri;
  • Jurnalistika sahəsində çalışmaq niyyəti;
  • Bir il Azərbaycandan kənarda təlim keçmək niyyəti.

Ərizələr aşağıdakı ünvanda qəbul olunur:

Gürcüstanda sənədlər Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində qəbul olunur. Ərizələrin son qəbul tarixi 1 sentyabr.

Azərbaycanda sənədlər aşağıdakı ünvanda qəbul olunur:

Süleyman Rəhimov küçəsi 186/34, İREX Mediyaya Yardım Lahiyəsi
(99 412) 440 15 61, (99450) 527 13 47 Zaur Həsənov, Koordinator, hasanovz@yahoo.com



webmaster@osi-az.org