AÇIQ CƏMİYYƏT İNSTİTUTU - YARDIM FONDU
ŞƏRQ ŞƏRQ: Sərhədsiz Əməkdaşlıq Proqramı
AVROPAYA INTEQRASİYA PROQRAMI
Şərq Şərq Proqramı çərçivəsidə həyata keçiriləcək Avropaya İnteqrasiya proqramı Avropa Birliyinə (AB) üzv ölkələri, AB-nə namizəd ölkələr və potensial namizədlər ilə yanaşı AB-nin şərqdəki qonşuları arasındakı əməkdaşlığa üstünlük verəcəkdir. Bu istiqamətin xüsusi fəaliyyəti gələcəkdə AB üzvləri olacaq ölkələrə və AB-nin Şərqdəki qonşularına Mərkəzi Avropanın AB-nə qoşulma təcrübələrini aşağıdakı yollarla yaymaqdan ibarətdir:
- Biliklərin Ötürülməsi
Proqram açıq cəmiyyət gündəmiylə bağlı aşağıdakı təşəbbüslərə üstünlük vərəcəkdir:
- Avropaya inteqrasiya hazırlıqları
- Vətəndaş cəmiyyəti və ictimai idarəetmə arasında əməkdaşlıq
- Avropaya inteqrasiyanın ön şərti olan demokratiya inkişafının vətəndaş cəmiyyəti tərəfindən monitorinqi
- Koalisiyalar / Konsorsiumlar / Şəbəkələr
Proqram aşağıdakı istiqamətlərdə sərhədlərarası təşəbbüslərə dəstək verəcəkdir:
- Avropaya inteqrasiya ilə bağlı dialoqlarda vətəndaş cəmiyyəti və ictimaiyyətin iştirakının səfərbərliyi
- Avropaya inteqrasiya proseslərində hökumətlərin səfərbərliyi
- Yeni üzv olan dövlətlər ilə namizəd dövlətlər və AB-nin şərqdəki qonşuları ilə daha yaxın münasibətlər qurulması üçün ictimai marağın yaradılması
- Avropaya inteqrasiya məqsədləriylə bağlı AB-nin fondlarından faydalanmaya imkan verə biləcək vətəndaş cəmiyyəti konsorsiumlarının yaradılması
- İctimaiyyətin Məlumatlandırılması
Proqram aşağıdakı istiqamətlərdəki təşəbbüslərə dəstək vərəcəkdir:
- Avropaya intəqrasiyanın imkanları və çətinlikləri haqqında ictimaiyyətin məlumatlandırılmasi məqsədi ilə vətəndaş cəmiyyətinin fəallaşması
- Bugünkü dünyamızda Avropanın önəmi və AB-nə üzvlüyün üstünlüyü haqqında dialoqun yaradılması
- Gələcəyə yönəlmiş AB-nin genişlənməsi və qonşularla əlaqələr haqqında yeni üzv dövlətlər arasında ictimai debatların stimullaşdırılması
Proqram aşağıdakı ölkələr üçün açıqdır:
Albaniya, Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Ermənistan, Estoniya, Gürcüstan, Xorvatiya, Kosovo, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya və Monteneqro, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna.
Müraciətlər:
Proqram Şərq Şərq Proqramı şəbəkəsi çərçivəsində aşağıda göstərilən ikimərhələli müraciət prosesi ilə həyata keçiriləcəkdir:
1-ci Mərhələ: Təklif
Müraciətin birinci mərhələsi (maksimum 1 ədəd A4 kağızında) qrant dəstəyi istənilən təşəbbüsə aid uzun müddətli məqsədləri açıqlayan təklifdən ibarətdir. Təklif Şərq Şərq Proqramının ümumi qaydalarına uyğun olaraq milli fondlar tərəfindən dəyərləndiriləcəkdir. Milli fondlar tərəfindən qəbul edilmiş təkliflər Şərq Şərq Proqramının direktoru Mary Frances Lindstrom-a göndəriləcək və ACİ-Brüssel icraçı direktoru Andre Wilkens ilə məsləhətləşdirilərək dəyərləndiriləcəkdir. Təkliflər il boyu qəbul olunur.
2-ci Mərhələ: Fəaliyyət Planı
Təklif təfsilatlı layihənin əsasını təşkil edəcəkdir. Təklif Şərq Şərq Proqramı tərəfindən müsbət dəyərləndirildiyi halda, Şərq Şərq Proqramının milli fonddakı koordinatoruna müraciətçi detallaşdırılmış fəaliyyat planını təqdim edəcəkdir. Qrant dəstəyinin verilməsinin təməlini də bu fəaliyyat planı təşkil edəcəkdir. Dətallaşdırılmış fəaliyyat planı yenə də Şərq Şərq Proqramının ümumi qaydalarına uyğun olaraq milli fondlar tərəfindən dəyərləndiriləcək və qəbul edildikdə son dəyərləndirmə üçün Mary Frances Lindstrom -a göndəriləcəkdir.