Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu aşağıdakı istiqamətlərdə jurnalist təhqiqatlarının aparılmasına dəstək məqsədilə
qrant müsabiqəsi elan edir:
Neft gəlirlərinin şəffaflığı necə təmin olunur;
Azərbaycana verilən beynəlxalq kreditlər və onların istifadəsi;
Azərbaycan Respublikasında təhsil və ictimai səhiyyəyə ayrılan dövlət vəsaitinin səmərəliliyi və şəffaflığı
Bu sahədə təhqiqat aparmaqda maraqlı olan jurnalistlər aşağıdakı sənədləri hazırlayıb 10 yanvar 2006-cı il tarixdən 10 Fevral 2006-cı ilədək ACİ-YF-a təqdim etməlidirlər:
Tərcümeyi-hal (CV)
Təhqiqatın mövzusu, mövzunun vacibliyinin əsaslandırılması və təhqiqatın necə aparılacağı haqqında izahat (maksimum 3 səhifə)
Əgər varsa seçilmiş mövzu ilə əlaqədar artıq çap olunmuş məqalələr. Qəzeti (jurnalı) əlavə etmək vacibdir;
ACİ-YF-nun fərdi qrant ərizə forması
Təhqiqatın büdcəsi maksimum 4000 ABŞ dollarına qədər ola bilər və büdcəyə aşağıdakı xərclər daxil edilə bilər:
Əmək haqqı;
Lazımı səfərlər üçün yol xərcləri;
Avadanlıq;
Büdcə xərcləri əsaslandırmalı və təhqiqatın icra planına uyğun olmalıdır.
Müsabiqə ilə bağlı 25 Yanvar 2006-cı il tarixində saat 10.00-da informasiya sessiyası Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu keçiriləcək.
Müsabiqə ilə əlaqədar əlavə suallarınızı Qalib Əfəndiyevə ünvanlaya bilərsiniz.
H.Əliyev küç. 117a
AZ1110, Bakı, Azərbaycan
E-mail: gefendiev@osi-az.org
Tel: 498-69-10; 498-69-33; faks: 498-69-34