Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu yerli qeyri-hökumət təşkilatlarını
2005/ 2006-ci il Kiçik Qrantlar Müsabiqəsində iştirak etmək üçün ərizələrini
təqdim etməyə dəvət edir.


Müsabiqə əvvəllər Açıq Cəmiyyət İnstitutu-Yardım Fonduna müraciət etməmiş və ya dəstək almamış əsasən yeni yaranmış bölgə QHT-lərin dəstəklənməsinə yönəlib. Müsabiqənin vəzifələrinə inkişaf proseslərində yerli fəalların (ilk növbədə gənclərin) iştirakı və nəzarətinin gücləndirməsi, yerli icmaların məlumatlandırma və monitorinq proqramlarında iştirakı, habelə buraya korrupsiyaya qarşı mübarizə aparan qrupların və korrupsiyaya qarşı mübarizə məsələrinə dair qanunvericilik və mövcud praktikanın təhlili ilə məşğul olan fəalların təcrübəsinin artırılması daxildir.

Hazırki müsabiqə proqramı vətəndaş təşəbbüskarlığını dəstəkləyir. Xüsusi diqqət "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunun təbliği və bu sahədə maarifləndirmə tədbirləri, hesabatlılığın təmin edilməsi sahəsində bacarıqların artırılması və əməkdaşlığın gücləndirilməsinə verilir.

Müsabiqədə iştirak aşağıdakıları nəzərdə tutur, lakin onlarla məhdudlaşmır: qanunvericiliyin şərhi üzrə təşəbbüslər, məlumat əldə edilməsi hüququnun təmin edilməsi, məhkəməyə müraciət və digər qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edərək insan hüquqlarının təminatı, ictimaiyyətə təsir etmək bacarığı, yerli və mərkəzi dövlət səviyyəli məmurlarla ünsiyyət yaratmaq qabiliyyəti, yerli problemlərin həlli yolunda səfərbərlik, səmərəli idarəetmə və mövcud imkanların düzgün istiqamətləndirməsi.

Fəaliyyətində digər təşkilatlarla iş birliyinə və əlaqələndirməyə yer ayıran qeyri-hökumət təşkilatlarının layihələrinə üstünlük veriləcək.

Kiçik Qrantlar Müsabiqəsi aşağıdakıları dəstəkləmir: siyasi fəaliyyəti, ayrı-ayrı fərdlərə yardımı, tədqiqat proqramlarını, elmi təhsil proqramlarını və təhsil üçün təqaüdləri.

  • Layihələr üç ay ərzində tamamlanmalıdırlar.
  • Qrantların maksimum məbləği 3.000 ABŞ dollarıdır.
  • Ərizələr 2006-cı il yanvarın 4-dən 27-nə qədər təqdim oluna bilər. Nəticələr 27 fevral 2006-cı il tarixinə qədər elan ediləcəklər.

Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı müsabiqəyə həsr olmuş məlumat sessiyasında 2006-ci il yanvarın 17-si saat 16:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda əldə edə bilərsiniz.

Qeyd: Layihələr Azərbaycan dilində təqdim edilməli və qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağli daha ətrafli məlumat Açiq Cəmiyyət İnstitutu - Yardim Fondunda Gülnura Mehdidən və ya Fuad Süleymanovdan əldə edilə bilər

H.Əliyev küç. 117a
AZ1110, Bakı, Azərbaycan
E-mail: office@osi-az.org
Tel: 498-69-10; 498-69-33; faks: 498-69-34



webmaster@osi-az.org