|
Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Icraçı Direktorun
"4" oktyabr 2006-cı il tarixli
"Şikayət Komitəsinin yaradılması barədə"
49 #-li ƏMRi
İdarə Heyətinin 24 may 2006-cı ildə təstiq etdiyi "ACİ-YF qərarları və Fondun icra tədbirləri haqda şikayətlərə baxılması qaydaları"nın icrası üçün aşağıdakı tərkibdə daimi fəaliyyət göstərən Şikayət Komitəsi yaradılsın:
- Raşid Hacılı-ACİ-YF İdarə Heyətinin üzvü
- Esmiralda Ağayeva -ACİ-YF Ekspert Komitəsinin üzvü
- Rövşən Bağırov -ACİ-YF KİVİ/İctimai Əlaqələr direktoru
Əlavə: ACİ-YF qərarları və Fondun icra tədbirləri haqda şikayətlərə baxılması qaydaları
Fərda Əsədov
İcraçı Direktor
ACİ-YF
ACİ-YF qərarları və Fondun icra tədbirləri haqda şikayətlərə baxılması qaydaları
- Qəbul edilmiş qərarlar və ACİ-YF İdarə Heyəti və Komitələrin fəaliyyətlərinə dair əlavə sorğular Proqram koordinatorları və İcraçı Direktora şifahi və yazılı şəkildə ünvanlandırıla bilər. Yazılı sorğulara məktubla izahat verilir.
- İzahatlar müraciətçini qane etmədiyi halda yazılı şikayətlər ACİ-YF Şikayət Komisiyassına təqdim edilməlidir. Şikayət məktubu İcraçı Direktora ünvanlanmalı və xüsusi şikayət qeydiyyatından keçməlidir.
- Şikayət Komissiyası məsələyə aid araşdırmaların aparılması ilə əlaqədar İcraçı Direktora tapşırıq verir və bir ay müddətində məsələyə baxıb qərarını müraciətçiyə məktubla çatdırır.
- Şikayət Komissiyasının tərkibi ACİ-YF İdarə Heyətində bir il müddəti səlahiyyətilə təsdiqlənir və bir komissiya üzvü, bir İdarə Heyəti üzvü və bir Proqram Direktoru tərkibində müəyyənləşir. Şikayət Komissiyasının təsdiqi haqda ACİ-YF İH-nə təqdimatı İcraçı Direktor həyata keçirir.
- Şikayət Komissayası üzvünün qaldırılmaş şikayətə aidiyyati olduqda İcraçı Direktor İdarə Heyəti qarşısında Şikayət Komissiyasınin həmin üzvünün müvafiq ərzəyə baxılması müddətində əvəz olunması haqda vəsatət qaldırır.
- Müraciətçi Şikayət komissiyasının qərarına baxılması haqda ACİ Beynəlxalq Ombudsmeninə şikayətlə müraciət edə bilər. Şikayət Komissiyasının məktubunu aldıqdan sonra bu niyyətində olduğunu müraciətçi ACİ-YF ictimai ələqələr üzrə işçisinə bildirməli, və şikayətin təqdim olunması haqda ondan hansı ünvana, nə dildə və nə tərzdə şikayətin tərtibi haqda tövsiyələri almalıdır.
|