Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Latest News  
Accessibility rating: Public Finance Information
National NGOs report of the 2004 BTC Pipeline (Azerbaijan section) monitoring program
OSI-AF announces completion of important phase of the BTC Pipeline Monitoring Project
Challenges of BTC pipeline monitoring
Article from ECHO
IFC Press Release
Workshop for Reporters on Covering Oil Wealth
General Press Release
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 1
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 2
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 3

About  
About CRW
Concept
Strategy
About PWYP
EITI in Azerbaijan
   Coalition "On improving transparency in extractive industries"
BTC Pipeline Monitoring
   Memorandum of Understanding - OSI and BP [az] [en]
   List of selected monitors
   Minutes on selection processes
   BTC Monitoring Report
Book and Overview
Report Overview [eng]
Report Overview [aze]
Report Overview [rus]
Full Text of the Report
"Public Finance" magazine #1


International Launch  
Conferences  
The Hazards of Petroleum Wealth: A Workshop for Reporters
Baku, Azerbaijan
November 19-21, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Washington, USA
May 12, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Baku, Azerbaijan
May 29, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Almaty, Kazakhstan
June 2, 2003
"Can the Caspian Avoid the Oil Curse?"
London
June 11, 2003
"Caspian Oil: EU Interests and Concerns"
Brussels
June 13, 2003
Training for NGO
Baku, Azerbaijan
May 2003
Competition for Journalists
Baku, Azerbaijan
July 2002
Oil Funds
Baku, Azerbaijan
July 18 2002

Links  
Caspian Revenue Watch / NY
Extractive Industries Transparency Initiative (EITI)
Extractive Industries Transparency Initiative (EITI)
Public Policy Research Center / Kazakhstan
Iraq Revenue Watch
Kazakhstan Revenue Watch
Public Finance Monitoring Center
Azerbaijan Oil Industry
EBRD NGO dialogue


MILLI QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI (QHT) BAKI-TBİLİSİ-CEYHAN (BTC) NEFT İXRAC BORU KƏMƏRİNİN AZƏRBAYCAN SEKTORUNUN 2004-Cİ İL ÜZRƏ MONİTORİNQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ HAZIRLANMIŞ HESABATLARIN NƏTİCƏLƏRİ BARƏDƏ AÇIQLAMA YAYMIŞLAR

ACİ-YF Pres Reliz ACİ-YF Donor Hesabatı QHT-lər Hesabatları Foto Sərgi

Bakı, Azərbaycan, 30 May, 2005-ci il. Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin Azərbaycan sektorunun monitorinq layihəsində iştirak etmiş milli QHT-lər ACİ-YF-nun yardımı ilə həyata keçirdikləri monitorinq proqramının nəticələri barədə bu gün açıqlama yaymışlar.

QHT-lərin monitorinq proqramını həyata keçirmək və bu istiqamətdə potensiallarının artırılması prosesinə dəstək vermək məqsədilə 2004-cü il aprel ayının 24-ü ACİ-YF və “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti arasında Anlaşma Memorandumu (AM) imzalanmışdır. Sözügedən Anlaşma Memorandumuna uyğun olaraq, bu monitorinq layihəsi çərçivəsində ACİ-YF milli QHT-lərin donoru, vasitəçisi və koordinatoru qismində çıxış etmişdir. O vaxtdan bəri ACİ-YF, iştirakçı QHT-lər və BP şirkəti hamılıqla bu yeni və səmərəli layihə üzərində böyük səylə çalışmışlar. BP/BTC şirkətinin yardımı ilə ACİ-YF QHT monitorinq qrupları üçün monitorinq və audit metodologiyası, sosial sorğu, layihə menecmenti, ictimai əlaqələrin qurulması, eləcə də BTC layihəsinin inşasına dair biliklərin artırılması istiqamətində səmərəli təlimlər keçirmişdir.

QHT-lər tərəfindən keçirilən monitorinq aşağıdakı sahələri əhatə etmişdir:

  1. ətraf mühit;
  2. sosial məsələlər;
  3. insan haqları;
  4. tarixi, mədəni və arxeoloji irsin qorunması;
  5. yerli resurslardan istifadə.

Layihə 2004-cü ilin 24 aprel tarixində başlamış və bu layihə çərçivəsində təlim kursları, təqdimat seminarları, sənədlərlə ilkin tanışlıq, məlumatların toplanılması, təhlili və hesabatların hazırlanması kimi müxtəlif tədbirlər həyata keçirilmişdir. Monitorinq zamanı boru kəməri boyu məskunlaşmış 100-dən artıq icmanın yaşadığı ərazilərə və tikinti sahələrinə səfərlər olmuşdur. Bu səfərlərin nəticələri İşçi Qruplar tərəfindən hazırlanmış 5 hesabatda öz əksini tapmışdır.

2005-ci ilin may ayı ərzində QHT-lərin, ACİ-YF-nun və BP şirkətinin iştirakılə keçirilmiş bir sıra görüşlər zamanı iştirakçı QHT-lər bu hesabatın nəticələrini şirkətin məsul nümayəndələri ilə müzakirə etmişlər. İstər QHT, istərsə də BP şirkətinin nümayəndələri qaldırılan məsələləri cavablandırmaq məqsədilə bu görüşlərə ciddi əhəmiyyət vermişlər.

Monitorinq proqramının nəticəsində bəzi çatışmazlıqlar müəyyən edilmiş və bu məsələlərin həlli istiqamətində QHT-lər tərəfindən tövsiyyələr hazırlanaraq BP şirkəti ilə müzakirə edilmişdir. QHT nümayəndələri ilə BP şirkəti arasında keçirilən görüşlər zamani aşkar olunmuş faktlar və tövsiyyələrin müvafiq olanları BP tərəfindən qəbul olunmuş və bəzi məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq tərəflər bu məsələləri monitorinqin növbəti mərhələsində bir daha nəzərdən keçirilməsini razılaşdırmışlar.

QHT-lər tərəfindən təqdim edilmiş çatışmazlıq və tövsiyyələrdən bəzilərini misal göstərmək olar:

  • Aparılan arxeoloji işlər barəsində ictimaiyyətin məlumatlandırılması lazımı səviyyədə təşkil olunmadiğindan Bakı şəhərində yaşayan əhalini BTC boru kəməri boyu aşkar edilmiş tarixi mədəniyyət abidələri ilə tanış etmək üçün imkanların müəyyənləşdirilməsi;
  • İctimai Sərmayə Proqramını (İSP) həyata keçirən FİNCA təşkilatı tərəfindən sahibkarlığın inkişafına yönəlmiş 3 proqramdan biri - aqrar sektor üzrə kredit proqramı özünü tam doğrultmadığından FİNCA təşkilatının aqrar sektorda kredit vermə siyasəti daha çevikləşdirilməli, Azərbaycanda gedən inkişaf dinamikasına uyğunlaşdırılmalıdır;
  • BTC şirkətinin müvafiq podratçıları ətraf mühitə dair qəbul olunmuş öhdəliklərin icrasını monitorinq aparılan bəzi sahələrdə tələb olunan şəkildə qura bilməmişlər. Bu səbəbdən də BTC podratçıların gördükləri işlərə nəzarəti gücləndirməli və nəzarət sistemini əhəmiyyətli dərəcədə yeniləşdirməlidir;
  • İctimai Sərmayə Proqramı (İSP) BTC kəmərinin keçdiyi icmaların hamısını əhatə etmədiyindən İSP-nin əhatə etməli olduğu, lakin bu gün əhatə etmədiyi icmalarda mikrolayihələr həyata keçirilməlidir. İcma layihələrinin prioritetləşdirilməsi üsulunun təkmilləşdirilməsi və bir neçə icmanın bərabər surətdə bəhrələndiyi layihələrə üstünlük verilməlidir;
  • İnşaat prosesinə işçilərin cəlb edilməsi üçün yerli bazar kifayət qədər tədqiq edilməmişdir. Odur ki, işə qəbul zamanı yerli bazar tam araşdırılmalı, müxtəlif ixtisaslar üzrə işə qəbul zamanı yerli insan resurslarına üstünlük verilməli və yerli resurslardan maksimum istifadə olunmalıdır.

Bəzi çatışmazlıqlarla bağlı tərəflər arasında müəyyən fikir ayrılığı olmuş və uyğun olmayan tövsiyyələr BP tərəfindən məqbul hesab edilməmişdir. Elə məsələlər də olmuşdur ki, onlara yenidən baxılmasına eytiyac duyulduğundan bu məsələlərlə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılmişdır ki, bunlara da aşağıdakıları misal göstərmək olar:

  • Bəzi rayonlarda Torpaq Ayırma Proqramı müəyyən nöqsanlarla həyata keçirilmişdir;
  • BTC-nin tikintisində çalışan yerli işçilərin bəzi əmək hüquqlarının pozulması ilə bağlı bir neçə hallar aşkarlanmışdır;
  • Təsirə məruz qalan yerli infrastrukturların bərpası ilə bağlı BTC, podratçı və subpodratçı şirkətlər ilə yerli icra strukturları arasında rəsmi sənədlərin mövcudluğu qruplar tərəfindən aşkar olunmamışdır.

Bu layihənin digər özəlliyi monitorinq aparan qruplar üçün monitorinq aparılması texnologiyasi və biznes layihələri ilə tanışlıq məqsədilə təlim kurslarının təşkil edilməsindən ibarət olmuşdur. Bu təlim kursları vasitəsilə proqramın iştirakçı üzvləri monitorinq sahəsində öz təcrübələrini daha da gücləndirmək imkanını əldə etmişlər. Eyni zamanda layihəyə cəlb olunmuş QHT-lər bu qənaətə gəlmişlər ki, bu monitorinq BTC boru kəmərinin ətraf mühitə, sosial sahəyə və insan hüquqlarına dəyə biləcək mənfi təsirlərin minimuma endirilməsi üçün tarixi şansdır. Bu imkandan və əməkdaşlıqdan gələcəkdə də səmərəli istifadə etmək üçün QHT-lər monitorinq fəaliyyətini davam etdirməkdə israrlıdırlar.

Əlaqə üçün:
BTC boru kəmərinin monitorinqi üzrə işçi qruplarının əlaqələndiriciləri
Afiq Səfərov             (050) 5113806
Fikrət Cəfərov          (055) 7906788
Gülayə Quliyeva     (050) 3533668
Fuad Rəsulov          (050) 3276911
Mais Güləliyev        (050) 3344491


Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu/Azərbaycan məhşur sərmayəçi və filantrop Corc Soros tərəfindən təşkil edilmiş Açıq Cəmiyyət Fondu Şəbəkəsinə məxsusdur. Şəbəkə 50-dən artıq ölkəni əhatə edərək Afrika, Mərkəzi Asiya və Qafqaz, Latın Amerikası və Cənub-şərqi Asiya, o cümlədən Haiti, Monqolustan və Türkiyədə layihələr həyata keçirir. ACİ həmçinin Birləşmiş Ştatlarda aparılan proqramları və dünyanın hər hansı yerində seçilmiş layihələri dəstəkləyir. ACİ-Azərbaycanın əsas məqsədi bağlı cəmiyyəti açıq cəmiyyətə doğru inkişaf etdirməkdir. 1996-cı ildə yarandığı vaxtdan bəri ACİ-Azərbaycan qrantlar verməklə və təhsil reformaları, kommunikasiya texnologiyası, insan hüquqları və qanunun idarəsi, kütləvi informasiya vasitələri, cinslərin bərabər hüququ və incəsənət və mədəniyyət sahəsində ictimai layihələri həvəsləndirməklə üçüncü sektorun inkişafına hərtərəfli yardım etmişdir. Ölkənin inkişafında olan yeni çətinliklərə cavab kimi ACİ-Azərbaycan bu yaxınlarda əsas diqqəti demokratikləşmə, keyfiyyətli idarə və milli ehtiyatların istifadəsində şəffaflıq proseslərində vətəndaş cəmiyyətinin artan iştirakına yönəltmişdir.
















webmaster@osi-az.org