Bakı, Azərbaycan, 15 noyabr 2006-cı il. BTC\Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) Azərbaycan sektorunun auditində iştirak etmiş Milli Qeyri-Hökumət Təşkilatları (QHT-lər) ACİ-YF-nin yardımı ilə aparılmış Proqramın ikinci mərhələsini başa çatdırmışlar.
BTC\CQBK QHT Monitorinq\Audit Proqramı BTC boru xəttinin tikintisinin yerli QHT-lər tərəfindən 2004-2005-ci illərdə monitorinq qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ACİ-YF-nin Azərbaycan Nümayəndəliyi ilə Anlaşma Memorandumunun imzalandığı 2004-cü ilin aprelində həyata keçirilməyə başlanmışdır. Proqramın monitorinq dövrəsi başa çatdırıldıqdan sonra BP ilə ACİ-YF-nin Azərbaycan Nümayəndəliyi arasında yerli QHT-lər tərəfindən Cənubi Qafqaz boru kəmərinin tikintisinin 2005-2006-cı illərdə auditinin həyata keçirilməsi məqsədilə 2005-ci ilin avqustunda ikinci Anlaşma Memorandumu imzalandı. ACİ-YF BP\BTC-nin dəstəyi ilə audit metodologiyası, audit təhlilləri, planlaşdırma, məlumatların toplanması, İƏ üsulları, hesabatların hazırlanması, təqdimat vərdişləri və s. ilə bağlı səmərəli təlim və maarifləndirmə komponentlərini təmin etmişdir.
Proqramın ikinci mərhələsinin əsas məqsədi aşağıdakılardan ibarət olmuşdur:
- Yerli QHT-lərə qabaqjıl audit və monitorinq təcrübələrinin aşılanması;
- Yerli QHT-lərə BTC\CQBK-nin necə işləməsi, layihə ilə bağlı problemlər və onların həlli üsulları ilə yaxından tanış olmaq imkanının yaradılması;
- Yerli QHT-lər arasında layihənin müsbət məcrada inkişafına təkan verə biləcək tövsiyələrin işlənib hazırlanması;
- Şirkətlə vətəndaş cəmiyyəti arasında açıq və şəffaf dialoqun qurulması
QHT iştirakçıları öz vəzifə və məsuliyyətləri çərçivəsində, habelə iş planı əsasında BTC və Cənubi Qafqaz boru kəmərlərinin auditini aparmışlar. Birinci dövrə Sosial, İnsan Haqları, Ətraf Mühit, Arxeologiya, Yerli Resurslar kimi beş monitorinq sahəsini əhatə etmişsə, ikinci dövrə də xüsusi olaraq, proqramın birinci dövrəsindən başlayaraq, şirkətin üzərinə götürdüyü öhdəliklərə nəzərən onun fəaliyyətini yoxlayıb nəzərdən keçirmiş Əlavə Qrupu cəlb etmişdir.
Cəlb olunmuş bütün tərəflər hesabatda əksini tapmış məlumat və tövsiyələrə dair açıq müzakirə və dialoqun aparılması, BP nümayəndələri üçün isə onların öz fikirlərini bildirmək imkanın yaradılması zərurətini ön plana çəkmişlər.
Həmin monitorinq planının nəticəsi olaraq, bəzi məlumatlar və tövsiyələr müəyyənləşdirilərək, BP tərəfindən qəbul olunmuşdur. Tərəflərin razılaşmadığı, yaxud da İşçi Qrupların monitorinqin növbəti dövrəsində daha ətraflı müzakirələr aparmağa razılaşdığı sahələr də var idi.
ACİ-nin bu proqramdakı rolu əsas donor və vasitəçi kimi çıxış etmək və QHT iştirakçıları tərəfindən məvaciblər, yol və qalma xərcləri, avadanlıqların alınması və s. kimi monitorinq və audit tapşırıqlarının həyata keçirilməsi ilə bağlı bütün xərclərin ödənilməsidir.
ACİ-YF-nin direktoru cənab Fərda Əsədovun söylədikləri: "Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin bajarıqlarının bu layihə vasitəsilə artırılması sevindiriji haldır. Genişmiqyaslı infrastruktur layihələrinin auditinin uğurla aparılması proqram iştirakçılarının etibarlı, məsuliyyətli və obyektiv bir şəkildə Azərbaycanın inkişafına öz qüvvə və səylərini davamlı şəkildə tətbiq edilməsinə gözəl imkan yaradır".
BP yardım edən vasitəçi tərəf kimi çıxış etmiş, monitorinq və audit tədbirlərinin həyata keçirilməsi məqsədilə QHT-lərə sahə fəaliyyətlərinin, nəqliyyat və maddi-texniki təchizat məsələlərinin tənzimlənməsi üçün nəzərdə tutulan müvafiq səhiyyə, texniki təhlükəsizlik, mühafizə və ətraf mühitlə bağlı treninq də daxil olmaqla texniki və təşkilati dəstək göstərmişdir. Bura bütün proqram iştirakçıları üçün əlverişli olan şirkət vaxtının tərtib edilməsi, işçi heyəti, avadanlıqlar, xidmət vasitələri, hesabat materialları, prosedurlar və sənədlər (orijinalın Azərbaycanca variantı olmadığı təqdirdə onların tərcüməsi) daxildir. BP yerli QHT iştirakçıları üçün monitorinq\audit treninqi və məşqləri aparmış Böyük Britaniyadan olan beynəlxalq audit ekspertinin xidmətlərinə görə xərcləri ödəmişdir.
BP-nin nümayəndəsi Dan Bliss deyir: "Biznes ictimaiyyətinin və vətəndaş cəmiyyətinin biri-birilərindən öyrənmək üçün hələ çox məsələlər var və açıq dialoqa böyük zərurət duyulur. Biz QHT Monitorinq və Audit proqramından olduqca məmnun qaldıq və Azərbaycanın BP ilə səmərəli əməkdaşlıqda maraqlı olan vətəndaş cəmiyyəti üzvlərinə dəstəyi və onlarla tərəfdaşlığı davam etdirəcəyik. Biz həm ACİ-ni, həm də QHT iştirakçılarını bu mühüm proqramı uğurla başa vurmaları münasibətilə təbrik edirik".
Proqramın sonunda QHT-lər öz monitorinq\audit hesabatı və tövsiyələrini hazırlayıb kütləvi şəkildə buraxmışlar. Nəticələrin BP\BTC\CQBK-nin xarici, peşəkar monitorinqi işinin bir çox təbəqələrini əvəz etmək üçün nəzərdə tutulmamağına baxmayaraq, hesabatlar dəyərli, səmərəliliyi artıra bilən təklifləri ortaya qoya bilmişdir.
Hesabatları aşağıdakı ünvandan yükləyə bilərsiniz:
www.osi-az.org    www.bp.com