Bakı, Azərbaycan, 15 noyabr 2006-cı il. BTC\Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) Azərbaycan sektorunun auditində iştirak etmiş Milli Qeyri-Hökumət Təşkilatları (QHT-lər) ACİ-YF-nin yardımı ilə aparılmış Proqramın ikinci mərhələsini başa çatdırmışlar.
BTC\CQBK QHT Monitorinq\Audit Proqramı BTC boru xəttinin tikintisinin yerli QHT-lər tərəfindən 2004-2005-ci illərdə monitorinq qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ACİ-YF-nin Azərbaycan Nümayəndəliyi ilə Anlaşma Memorandumunun imzalandığı 2004-cü ilin aprelində həyata keçirilməyə başlanmışdır. Proqramın monitorinq dövrəsi başa çatdırıldıqdan sonra BP ilə ACİ-YF-nin Azərbaycan Nümayəndəliyi arasında yerli QHT-lər tərəfindən Cənubi Qafqaz boru kəmərinin tikintisinin 2005-2006-cı illərdə auditinin həyata keçirilməsi məqsədilə 2005-ci ilin avqustunda ikinci Anlaşma Memorandumu imzalandı. ACİ-YF BP\BTC-nin dəstəyi ilə audit metodologiyası, audit təhlilləri, planlaşdırma, məlumatların toplanması, İƏ üsulları, hesabatların hazırlanması, təqdimat vərdişləri və s. ilə bağlı səmərəli təlim və maarifləndirmə komponentlərini təmin etmişdir..
ACİ-YF-nin direktoru cənab Fərda Əsədovun söylədikləri: "Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin bajarıqlarının bu layihə vasitəsilə artırılması sevindiriji haldır. Genişmiqyaslı infrastruktur layihələrinin auditinin uğurla aparılması proqram iştirakçılarının etibarlı, məsuliyyətli və obyektiv bir şəkildə Azərbaycanın inkişafına öz qüvvə və səylərini davamlı şəkildə tətbiq edilməsinə gözəl imkan yaradır".
BP-nin nümayəndəsi Dan Bliss deyir: "Biznes ictimaiyyətinin və vətəndaş cəmiyyətinin biri-birilərindən öyrənmək üçün hələ çox məsələlər var və açıq dialoqa böyük zərurət duyulur. Biz QHT Monitorinq və Audit proqramından olduqca məmnun qaldıq və Azərbaycanın BP ilə səmərəli əməkdaşlıqda maraqlı olan vətəndaş cəmiyyəti üzvlərinə dəstəyi və onlarla tərəfdaşlığı davam etdirəcəyik. Biz həm ACİ-ni, həm də QHT iştirakçılarını bu mühüm proqramı uğurla başa vurmaları münasibətilə təbrik edirik".