|
Təhsil Məlumat Mərkəzləri
Məqsədi
TİM-lərinin təşkili aşağıdakı məqsədlərə yönəldilmişdir:
- Tələbələrə, müəllimlərə və ictimayyətə təhsilə aid məlumat verilməsi
- Xaricdə təhsil alan Azərbaycanlıların sayının artırılması
- ACİ-nun Azərbaycanda fəaliyyətinin genişləndirilməsi
- ACİ-nun fəaliyyəti üçün bazanın yaradılması və Azərbaycanın bütün ərazisində dəstəklənməsi
- Qrant alan şəxslərin və təşkilatların, AGİ-nun layihələrin və regionda QHT-ların sayının artırılması.
Nəaliyyətlər
- 1997 ildə AMYP proqramının çərçivəsində Bakıda BTİM adlanan ilk ACİ TİM açıldı.
- BTİM-ə gələnlərin sayı ayda 1200 nəfər təşkil edirdi və dayanmadan artırdı.
- BTİM-in işinin müvəffəqiyyətli olduğuna görə, o ACİ-Azərbaycanın icraçı-direktoruna bilavasitə tabe olan müstəqil yerli QHT kimi təsis olunmuşdur.
- BTİM-in xidmətlərinə olan yüksək təlabata cavab olaraq, ACİ onun fəaliyyətinin Bakıdan kənarda genişləndirmək və rayonlarda informasiya mərkəzlərini açmaq qərarına gəldi. Beləliklə, ACİ Gəncə, Lənkaran və Mingəçevir şəhərlərində kiçik təhsil informasiya mərkəzləri təşkil etdi.
- Fəaliyyətin başlanğıcından TİM-lər müvəffəqiyyət qazandılar və hal-hazırda ACİ 2000-2001 illər ərzində daha iki mərkəz açmağı planlaşdırır.
Fəaliyyət
Mərkəzlər aşağıdakı məlumat materiallarını təmin edir:
- Universitetlərin prospektləri və soraq kitabçaları, imtahanlara hazırlıq materialları, lazer disklərində xaricdə təhsil haqqında məlumat bazaları və təhsil məqsədləri ilə istifadə üçün İnternetə çıxış ilə təmin olunmuş kompüterlər;
- İnsan hüquqları, qanunun aliliyi və qadınların hüquqları haqqında ədəbiyyatdan ibarət kiçik kitabxanalar;
- Təqaüdlər, qrantlar, cəmiyyətdə baş verən hadisələr haqqında məlumat və elan lövhələri;.
- ACİ-nun və onun proqramlarının fəaliyyətində yerli əhalinin iştirakını genişləndirmək üçün ACİ-na və digər xeyriyyə təşkilatlarına müraciət materialları.
- Rayonlardaki məlumat çatışmamazlıqını azaltmaq üçün əhəmiyyətli Rusiya və Azərbaycan qəzet və jurnalları (məsələn, "İtoqi").
Gələcək planlar
- TİM və ali məktəblər arasında rayon şəbəkələrini möhkəmləndirmək.
- Naxçıvan respublikasında ilk TİM açmaq (2002 ildə).
|