Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

"Parlament seçkilərində qanunvericiliyin təkmilləşməsinin və vətəndaşların seçki hüquqlarının təmininin monitorinqi və müdafiəsi"

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu vətəndaşların seçki hüquq və azadlıqlarının təmin edilməsi proqramı çərçivəsində qeyri-hökumət təşkilatları üçün "Parlament seçkilərində qanunvericiliyin təkmilləşməsinin və vətəndaşların seçki hüquqlarının təmininin monitorinqi və müdafiəsi" mövzusunda layihələr üzrə müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

  • seçki qanunvericiliyinin və seçki hüququnun öyrənilməsi və təbliği və/ və ya insan haqlarının müdafiəsi sahəsində iş təcrübəsi müsabiqədə iştirak edən təşkilatlara üstünlük verir;
  • seminar, dəyirmi masa keçirilməsi, mətbu vəsaitin yayılması, seçki hüququnun pozulma hallarının monitorinqi, məhkəməyə müraciət və digər qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edən qeyri-hökumət təşkilatlarına üstünlük verilir;
  • fəaliyyətində digər təşkilatlarla iş birliyinə və əlaqələndirməyə yer ayıran qeyri-hökumət təşkilatlarının layihələrinə üstünlük verilir;
  • layihənin icra müddəti 6 aydan çox olmamalıdır;
  • Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu layihələrin ümumi büdcəsinin 15.000 ABŞ dolları məbləğinə qədər hissəsini dəstəkləyə bilər.

Təklif və layihələrinizi 2005-ci il may ayının 13-dək Açıq Cəmiyyət İnstitutu - Yardım Fonduna təqdim etməyiniz xahiş olunur.

Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqə ilə bağlı daha ətraflı məlumat Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda Rövşən Bağırovdan və Gülnura Mehdidən əldə edilə bilər. Müsabiqəyə həsr olunmuş məlumat sessiyası 2005-ci il mayın 2-si saat 16:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda keçiriləcəkdir.

Qeyd: Layihələr Azərbaycan dilində teqdim edilməli və qeydiyyatdan keçməlidirlər.

Ünvan:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Həsən Əliyev 117A
Bakı AZ1110
Tel. 4412722, 4986910, 4986933
Faks: 4986934
E-mail: office@osi-az.org



webmaster@osi-az.org