"Parlament seçkisində fərdi müşahidəçilik hüququnun izahı və təbliği"
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu vətəndaşların seçki hüquq və azadlıqlarının təmin edilməsi proqramı çərçivəsində qeyri-hökumət təşkilatları üçün "Parlament seçkisində fərdi müşahidəçilik hüququnun izahı və təbliği" mövzusunda layihələr üzrə müsabiqə elan edir.
Müsabiqənin şərtləri:
- seçkilərdə fərdi müşahidəçilik hüququnun izahı və təbliği sahəsində iş təcrübəsi müsabiqədə iştirak edən təşkilat üçün üstünlük verilir;
- seminar, bölgələrdə təlimat və məsləhət xidməti göstərən qeyri-hökumət təşkilatlarına üstünlük verilir;
- fəaliyyətində digər təşkilatlarla iş birliyinə və əlaqələndirməyə yer ayıran qeyri-hökumət təşkilatlarının layihələrinə üstünlük verilir;
- layihənin icra müddəti 6 aydan çox olmamalıdır;
- Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu təlimlərə cəlb olunacaq iştirakçıların sayından asılı olaraq layihənin ümumi büdcəsinin 15.000 - 25.000 ABŞ dolları məbləğinə qədər hissəsini maliyyələşdirə bilər.
Təklif və layihələrinizi 2005-ci il may ayının 13-dək Açıq Cəmiyyət İnstitutu - Yardım Fonduna təqdim etməyiniz xahiş olunur.
Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Müsabiqə ilə bağlı daha ətraflı məlumat Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda Rövşən Bağırovdan və Gülnura Mehdidən əldə edilə bilər. Müsabiqəyə həsr olunmuş məlumat sessiyası 2005-ci il mayın 3 saat 16:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda keçiriləcəkdir.
Qeyd: Layihələr Azərbaycan dilində teqdim edilməli və qeydiyyatdan keçməlidirlər.
Ünvan:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Həsən Əliyev 117A
Bakı AZ1110
Tel. 4412722, 4986910, 4986933
Faks: 4986934
E-mail: office@osi-az.org