Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

AÇIQ CƏMİYYƏT İNSTİTUTU YARDIM FONDU
AZƏRBAYCAN RESPUBLİKASIAİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ ÖLKƏ ƏLAQƏLƏNDİRMƏ KOMİSSİYASI
AİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ QLOBAL FOND

2005-2006-cı İLLƏR ÜÇÜN AİDS-lə MÜBARİZƏ ÜZRƏ
QRANT MÜSABİQƏSİ ELAN EDİR

AİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ QLOBAL FOND (QF) 2002-ci ilin yanvar ayında mövcud proqramlara əlavə olaraq maliyyələşdirmə vasitəsi kimi yaradılmışdır. QF-un vəzifəsi AİDS, Vərəm və Malyariya ilə mübarizə üçün əlavə resurslar cəlb etmək və onları ən mühüm və tələb olunan istiqamətlərə yönəltməkdir. Qlobal Fond səhiyyənin beynəlxalq səviyyədə maliyyələşməsinə tamamilə yeni mövqedən yanaşır, dövlət, vətəndaş cəmiyyəti, özəl sektor və xəstəliyə məruz qalmış insanlar cəlb olunmaq şərti ilə çoxsektorlu əməkdaşlığı dəstəkləmək prinsipi ilə işləyir. 2002-ci ildən etibarən Qlobal Fondun dəstəyi ilə 120-dən artıq ölkədə epidemiyaya qarşı mübarizə proqramları fəaliyyətə başlamışdır.

AZƏRBAYCAN RESPUBLİKASI AİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ ÖLKƏ ƏLAQƏLƏNDİRMƏ KOMİSSİYASI 2002-ci ilin avqust ayında Nazirlər Kabinetinin 164 #-li qərarı ilə QF layihəsini idarə etmək məqsədilə yaradılmışdır. Tərkibinə 6 nazirlik, 5 beynəlxalq təşkilat, 7 Elmi - Tədqiqat Tibb Mərkəzi, qeyri-hökumət təşkilatları və fondlar daxil edilmişdir. Azərbaycan Respublikası BMT-nin üzv dövləti kimi Minilliyin İnkişaf Məqsədləri sırasında HİV/AİDS-in yayılmasını dayandırmaq və xəstəliyin azaldılması vəzifəsini bir öhdəlik kimi öz üzərinə götürmüşdür.

AÇIQ CƏMİYYƏT İNSTİTUTU -YARDIM FONDU (ACİ-YF) özəl qrant ayıran təşkilatdır. Məqsədi təhsil, sosial, hüquq islahatları sahəsində layihələri dəstəkləməklə yanaşı, çətin və mübahisəli məsələlərin alternativ həllini təklif etmək və açıq, demokratik və hüquqi cəmiyyətin inkişafına dəstək verməkdir. Azərbaycanda ACİ -YF 1996-cı ildən fəaliyyətə başlamışdır. Ölkə Əlaqələndirmə Komissiyasının üzvüdür.

Azərbaycan Respublikasının AİDS üzrə strategiyasının bütün bəndlərini özündə əks etdirən və 2005-ci ildən başlayaraq QF tərəfindən maliyyələşdirilən "Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" Layihəsi fəaliyyətini aşağıdakı istiqamətlərdə nəzərdə tutur:

  • profilaktik/qabaqlayıcı tədbirlərin həyata keçirilməsi
  • xəstələrin müalicə ilə təmin olunması
  • AİDS-lə mübarizənin işlək icra mexanizmli ümummilli siyasət səviyyəsinə qaldırması

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu layihədə profilaktik/qabaqlayıcı tədbirlərin təşkilatçısı və icraçısı kimi iştirak edir. Bu məqsədlə o, aşağıdakı fəaliyyətlər və mövzular üzrə layihələri qəbul edir:

  • Qanunvericiliyə təkliflər
  • Məhbəslərdə sağlamlıq
  • Palliativ qulluq
  • AİDS-ə yoluxma risk qruplarına aid əhali arasında qabaqlayıcı tədbirlər
  • Kütləvi İnformasiya Vasitələrinin AİDS-lə mübarizədə iştirakı
  • Zərərin Azaldılması Proqramı
  1. AİDS-in yayılmasının qarşısının alınması haqqında mövcud qanunvericiliyin ekspertizası, aşağıdakı mövzularda təklif, tövsiyyə və şərhlərin işlənməsi və təqdim edilməsi: zərərin azaldılması; məhbəslərdə sağlamlıq proqramı və zərərin azaldılması; palliativ qulluq; bələdiyyələrin səhiyyə sahəsində fəaliyyəti; davranışına görə HİV/AİDS risk qrupuna aid olan şəxslərin hüquqları - layihənin ümumi büdcəsi 22000 ABŞ dolları, davamiyyəti 6 ay
  2. Məhbəslərdə sağlamlıq. 3-5 məhbəsdə məhbusların və məhbəs işçilərinin AİDS və riskli davranış haqqında biliklərinin və praktiki ehtiyaclarının qiymətləndirilməsi - layihənin büdcəsi 6000 ABŞ dolları, davamiyyəti 3 ay; məhbəs işçiləri üçün treninqlər - layihənin büdcəsi 4000 ABŞ dolları, davamiyyəti 3 ay; məhbəslərdə Zərərin Azaldılması proqramlarının reallaşdırılması (3-5 məhbəsdə) - layihənin ümumi büdcəsi 30000 ABŞ dolları, davamiyyəti 9 ay
  3. AİDS-li xəstələrin yaşayış keyfiyyətinin artırılması və həyatının uzadılması məqsədilə palliativ qulluğun təşkili:
    • stasionar hospisin yaradılması. Layihənin büdcəsi 30000 ABŞ dolları, davamiyyəti 6 ay
    • mobil hospisin dəstəklənməsi. Layihənin büdcəsi 25000 ABŞ dolları, davamiyyəti 9 ay
  4. AİDS-ə yoluxma risk qrupuna aid olan qadınlar üçün məlumatlandırma. Tələblərin qiymətləndirilməsi - layihənin büdcəsi 5000 ABŞ dolları, davamiyyəti 3 ay; qadın krizis - resurs mərkəzlərinin yaradılması - layihənin büdcəsi 50000 ABŞ dolları, davamiyyəti 1 il; autriç fəaliyyət: informasiyanın yayılması, məlumatlandırma, ədəbiyyatın paylanması, steril materialların paylanması, bərabər məlumatlandırma - layihənin büdcəsi 15000 ABŞ dolları, davamiyyəti 3 ay
  5. Kütləvi İnformasiya Vasitələrinin AİDS-lə mübarizə kampaniyası
    • media nümayəndələrinin Qlobal Fond və Zərərin Azaldılmasına dair seminar və treninqlərdə iştirakı üçün ərizələrin qəbulu
    • Təhlükəsiz cinsi davranışı təbliğ edən Sosial Reklam (2 klip). Layihənin büdcəsi 4000 ABŞ dolları, davamiyyəti 3 ay
    • Hər klipin TV və radio ilə yayımlanması (300 dəfə). Layihənin büdcəsi 20000 ABŞ dolları, davamiyyəti 6 ay
    • Məktəb yaşlı uşaqlar üçün narkomaniyanın profilaktikası məqsədilə film. Layihənin büdcəsi - filmin çəkilişi, TV kanalları və məktəblərdə nümayiş xərcləri ilə birgə - 16000 ABŞ dolları, davamiyyəti 6 ay
    • Mətbuat nümayəndələri üçün AİDS, narkomaniya və Zərərin Azaldılması mövzularında məqalə müsabiqəsi. Layihənin büdcəsi 1000 ABŞ dolları, davamiyyəti 6 ay

    Müsabiqəyə KİV nümayəndələri, yaradıcılıq - istehsalat birlikləri, kommersiya təşkilatları dəvət olunurlar.

  6. Yüksək dərəcəli risk qrupları arasında AİDS-in yayılmasının profilaktikası, Bakı, Gəncə və Lənkəranda Zərərin Azaldılması / Steril Materialların Paylanması layihələrini həyata keçirmək niyyətində olan təşkilatlardan ərizələrin qəbulu (ərizələrin xüsusi formaları məlumat sesiyası və treninqlər zamanı təqdim olunacaq)
  7. HİV+ şəxslərin, AİDS-li xəstələrin, narkotik istifadəçilərinin və riskli davranış qrupu nümayəndələrinin təşkilatlanmasına dəstək - layihənin büdcəsi 6000 ABŞ dolları, davamiyyəti 6 ay 2 - 7-ci bəndlər üzrə qaliblər treninq və məlumat materialları ilə təmin ediləcək.

Layihələrdə AİDS-li xəstələrin və HİV+ şəxslərin iştirakı üstünlük qazandıran faktor kimi qiymətləndirilir. Müsabiqədə hökumət və yerli qeyri-hökumət təşkilatları iştirak edə bilər.

Layihələr

  • Azərbaycan dilində
  • çap və elektron şəkildə
  • 28 iyul 2005-ci ilə qədər

aşağıdakı ünvanların birində qrant qeydiyyatından keçirilməlidir:

Bakı, AZ1110, Həsən Əliyev küç., 117A, Tel: 4412722; 4986933; 4986910
Gəncə, Mirəli Qaşqay küçəsi, 10. tel: 56 30 25, 56 30 26

Layihələr üzrə məsləhətləşmələr:

Bakı şəhərində elan dərc olunduğu tarixdən iyul ayının 22-ə kimi hər həftənin cümə günləri saat 11.00 - 16.00-a qədər ACİ-YF konfrans otağında

Gəncə şəhərində: 21 - 22 iyun tarixlərində Mirəli Qaşqay küçəsi, 10, ACİ - YF-in binasında

Lənkəranda: 28 - 29 iyun tarixlərində Həzi Aslanov küçəsi, 50, Lənkəran İnformasiya Təhsil Mərkəzində keçiriləcək.

Təsdiq olunmuş layihələrin məqsədləri və ümumi büdcəsi ACİ-YF-in press-relizlərində və saytında ildə iki dəfə açıqlanacaq.

Əlavə məlumat üçün:
Leyla İmanova 4412722 (daxili nömrə 213); e-mail: limanova@osi-az.org
Şərafət İsmayılova 4412722 (daxili nömrə 214); e-mail: sismaylova@osi-az.org



webmaster@osi-az.org