QADIN ŞƏBƏKƏ PROQRAMI
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu
SOSİAL VƏ GENDER SİYASƏTİ İNSTİTUTU
ALİ MƏKTƏBDƏ GENDER FƏNLƏRİNİN TƏDRİSİ ÜSULLARI
ÜZRƏ 2006-cı İLİN YAY MƏKTƏBİNDƏ İŞTİRAK ETMƏK
ÜÇÜN
ƏRİZƏLƏRİN AÇIQ MÜSABİQƏSİ
Məktəbin məqsədi:
Layihə iştirakçısı olan ölkələrdə gender təhsilinin inkişaf etdirilməsinin həvəsləndirilməsi, gender fənlərini keçən müəllimlərin auditoriya ilə iş üsullarının təkmilləşdirilməsi.
Həmin məqsəddən aşağıdakı vəzifələr irəli gəlir:
- Gender fənlərini keçən müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
- Bölgənin müxtəlif ölkələrindən olan müəllimlər arasında hər bir ölkə daxilində və bölgə üzrə əməkdaşlığın inkişaf etdirilməsi;
- Gender fənlərinin tədrisinin metodoloji və metodiki bazalarının inkişaf etdirilməsi;
- Akademik tədqiqatlar ilə tədris arasında əlaqələrin möhkəmləndirilməsi;
- İnnovasiyalı pedaqoji təlim üsullarının tətbiq olunması.
Layihədə iştirak edən ölkələr:
Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri, Moldova.
Layihənin bütün iştirakçı ölkələrinin gender fənlərinin tədrisi üzrə təcrübəsi olan və hər bir ölkənin təhsil, elmi idarə, yaxud qeyri-hökumət təşkilatlarında işləyən müəllimlər; innovasiyalı pedaqoji texnologiyaların tətbiqi ilə azı üç illik tədris təcrübəsinə malik olan ali tədris müəssisələrinin və milli elmlər akademiyaları institutlarının müəllimləri, aspirantları və doktorantları müsabiqədə iştirak etmək üçün dəvət olunurlar.
Müsabiqədə iştirak etmək üçün ərizələr sosioloq, politoloq, psixoloq, antropoloq, kulturoloq, filosof və dinşünaslardan, yaxud fənlərarası xarakterli mütəxəssislərdən qəbul olunur.
Müsabiqənin qalibləri gender fənlərinin tədrisi üsulları üzrə beynəlxalq yay məktəbində (2006-cı il) iştirak edəcəklər.
Müsabiqənin işçi dilləri: Rus, ingilis.
Ərizə və bütün sənədlər kağız şəklində 1 (bir) nüsxədə və elektron şəkildə disketdə təqdim edilir.
Müsabiqədə iştirak etmək üçün ərizələr 26 sentyabr 2005-ci il saat 17-dək qəbul olunur. Açıq Cəmiyyət İnstitutu-Yardım Fonduna yuxarıda göstərilən müddətdə daxil olmamış ərizələr qəbul edilməyəcək.
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun tələblərini pozmaqla tərtib olunmuş, faksla, elektron poçtla təqdim edilmiş, tam dəst şəklində olmayan, yaxud yuxarıda göstərilmiş vaxt bitdikdən sonra daxil olan ərizələrə baxılmayacaq.
Müsabiqəyə təqdim edilmiş bütün layihələrə Müstəqil ekspertlər şurası tərəfindən baxılır. Ekspert şurasının qərarlarına yenidən baxılmır. İddiaçılar müsabiqənin nəticələri haqqında poçtla məlumatlandırılırlar, ərizənin rədd edilmə səbəbləri xəbər verilmir. Ərizələrə rəy verilmir. Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır.
Ərizənin son təqdim edilmə müddəti: 26 sentyabr 2005-ci il.
Aşağıda göstərilən ünvanda ərizənin standart formasını götürmək və əlavə məsləhətlər almaq, həmçinin müsabiqədə iştirak etməkdən ötrü hazır ərizəni təqdim etmək olar:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Həsən Əliyev 117A
Bakı AZ1110
Tel. 4412722, 4986910, 4986933
Faks: 4986934
www.osi-az.org
Müsabiqənin nəticələrinə 1 noyabr 2005-ci ildə yekun vurulacaq.