|
QHT-lərin nəzərinə!
AÇIQ CƏMİYYƏT İNSTİTUTU-YARDIM FONDU-nun Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı və Gənclərin Təşəbbüsləri Proqramı, Katolik Yardım Xidmətləri (CRS) VƏ PROJECT HARMONY Təşkilatları
ilə birgə "Gənclər Təşəbbüsləri" layihəsi çərçivəsində
tərəfdaşların seçilməsi məqsədi ilə
müsabiqə elan edir.
Nəzərdə tutulmuş pilot layihə ali təhsil müəssisələrdə təhsil alan tələbələrin ictimai aktivliyinin artırılmasına, eləcə də gənclərin asudə vaxtlarının səmərəli keçməsinin təşkilinə ünvanlanacaq.
Müsabiqəyə aşağıdakı meyarlara uyğun olan təşkilatlar dəvət olunur:
- təhsil və gənclər sahəsində 3 ildən az olmayaraq fəaliyyət göstərən
- xaricdə təhsil almış məzunlarla iş təcrübəsi olan
- təhsil və gənclər sahəsində fəaliyyət göstərən dövlət qurumları və universitetlərlə əməkdaşlıq təcrübəsi olan
- fəaliyyəti dövründə gənclərin aktivliyinin artırılması və təhsili ilə bağlı layihələri həyata keçirmiş
- həmin layihələrin həyata kəçirilməsi üçün zəruri inzibati və insan resurslarına malik olan
Xahiş olunur musabiqədə iştirak etmək üçün aşağıdakı məlumatları təqdim edəsiniz:
- Təşkilat haqqında ətraflı məlumat (təşkilatın missiyası və əsas vəzifələri, strukturu və qərar qəbuletmə mexanizmi, fəaliyyət sferaları, üzvlərin və daimi işçilərin sayı və s.)
- Mövzuya aid son 3 il ərzində təşkilatın icra etdiyi layihələrin siyahısı və qısa təsviri
- Təşkilatın fəaliyyəti dövründə dövlət qurumları, universitetlər və (ya) tələbə təşkilatları ilə əməkdaşlıq təcrübəsinin qısa təsviri
- "Gənclər təşəbbüsləri" layihəsi istiqamətində təkliflərin qısa təsviri (2 səhifədən çox olmayaraq)
- Layihənin icrasına cəlb olunacaq əsas heyətin CV-ləri
- Son iki maliyyə ilinə aid hesabatın əlavə edilməsi arzuolunandır
Musabiqədə qalib gəlmiş təşkilatların, ACİ-YF Şərq Şərq: Sərhədsiz Əməkdaşlıq Proqramı çərçivəsində Avropa ölkələrinin birinə bu sahədə təcrübə oyrənmək məqsədi ilə təlim səfəri nəzərdə tutulur.
Təlim Səfərində iştirak etmiş təşkilatlar ACİ-YF, CRS və Project Harmony ilə birgə geniş miqyaslı layihənin işlənib hazırlanmasına cəlb olunacaqlar.
Təkliflər üçün son tarix 27 iyun 2006-cı il
Bu tarixdən gec təqdim olunan təkliflər nəzərdən keçirilməyəcək!
Təkliflərinizi birbaşa aşağıdakı ünvanda yerləşən ACİ-YF-in ofisinə təqdim etməyiniz xahiş olunur.
Bakı, AZ1110, Həsən Əliyev küç., 117A
Tel: 4412722; 4986933; 4986910
Əlavə məlumat üçün:Təhsil/ Gənclər proqramı əlaqələndiricisi Pərviz Bağırov, (daxili nömrə 209); e-mail: pbagirov@osi-az.org və
Şərq Şərq proqramı əlaqələndiricisi Gülnura Mehdi (daxili nömrə 314); e-mail
gmehdiyeva@osi-az.org
|