|
AÇIQ CƏMİYYƏT İNSTİTUTU -YARDIM FONDU
AZƏRBAYCAN RESPUBLİKASI
SƏHİYYƏ NAZİRLİYİ AİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ
MÜBARİZƏ ÜZRƏ
QLOBAL FOND
"Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsi
2006 -cı il üçün
AİDS-lə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliğı məqsədilə
Azərbaycanın şəhər və regionlarında geniş məlumatlandırma kampaniyasının keçirilməsini planlaşdırır və bununla bağlı
QRANT MÜSABİQƏSİ ELAN EDİR
Layihələrdə aşağıdakı şərtlər yerinə yetirilməlidir:
- Bakı və xüsusilə regionları əhatə etməlidir
- Tədbirlər 1 dekabr Beynəlxalq AİDS-lə Mübarizə gününə həsr olunmalıdır
- Tədbirlər 20 noyabr -20 dekabr müddətində başlayıb başa çatmalıdır
- Layihələrin büdcəsi xüsusi halları istisna etmək şərti ilə 15000 ABŞ dollarından artıq olmamalıdır
- Kampaniya üçün seçilmiş mesaj təsiredici və korrekt tərtib edilməlidir
- Bütün hazırlanmış materialların mətni ACİ -YF ilə razılaşdırılmalıdır
Geniş əhali kütlələrini, xüsusilə gəncləri, yeniyetmələri, miqrantları və, ümumilikdə, fəal reproduktiv yaş qrupları nümayəndələrini əhatə etmək məqsədilə
- orta və ali məktəblərdə
- kollektivlərdə
- orduda
- xəstəxana, poliklinika, doğum evləri və apteklərdə
- mehmanxanalar, bar və restoranlarda
- bərbərxanalar, hamam və saunalarda
- supermarketlər və yeraltı keçidlərdə
- park və meydanlarda
- aviakassalar və yerüstü nəqliyyat kassalarında
- metro,aeroport, avtobus və marşrut taksilərdə
- avtovağzal və dəmiryol vağzallarında
- yanacaq doldurma məntəqələrində
- avtobus dayanacaqlarında
- turizm şirkətlərində
- cəzacəkmə müəssisələrində
- müraciətçi tərəfindən təklif olunan digər ictimai yerlərdə
aşağıdakı vasitələrin istifadəsi təklif olunur:
- televiziya və radio verilişləri
- dövri mətbuat
- komiks və multiplikasiya
- plakat və rəsmlər
- reklam lövhələri
- internet saytlar
- qaynar xətt
- üzərində kampaniyanın mesajı və rəmzi əks olunmuş əşyalar
- yaddaş vərəqələri
- muəyyən hallarda ACİ -YF təklif etdiyi film, klip, plakat və bukletlər
- müraciətçi tərəfindən təklif olunan digər vasitələr
Müsabiqəyə ayrılmış ümumi büdcə 20 layihəni dəstəkləmək ücün nəzərdə tutulub. Müsabiqə başa çatdıqda qaliblər HİV/AİDS-lə bağlı əlavə məlumat ilə təmin olunacaqlar.
Layihələr hökumət və yerli qeyri-hökumət təşkilatları tərəfindən təqdim oluna bilər.
Layihələr
- Azərbaycan dilində
- çap və elektron şəkildə
- 3 oktyabr 2006-cı il saat 15.00-a qədər
aşağıdakı ünvanda qrant qeydiyyatından keçirilməlidir:
Bakı, AZ1110, Həsən Əliyev küç., 117A, Tel: 4412722; 4986933; 4986910
Layihənin qeydiyyatdan keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır
- ACİ -YF Təşkilat Qrant Ərizəsi Forması
- Layihəniin aydın təsviri
- Aydın və real büdcə
- Təşkilatın nizamnaməsi
- Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan kecməsini təsdiqləyən sənəd
- İştirakçıların siyahısı və tərcümeyi halı
- Dəstək məktubları (əgər varsa)
- Başqa təşkilatlar ilə layihəyə aid olan əməkdaşlığı təsdiq edən məktub (əgər varsa)
Layihələr üzrə məsləhətləşmələr elan dərc olunduğu tarixdən sentyabr ayının 29 kimi hər həftənin cərşənbə axşamı və cümə günləri saat 11.00-13.00-a qədər ACİ -YF binasında keçiriləcək.
Təsdiq olunmuş layihələrin məqsədləri, ümumi büdcəsi və icraçıları ACİ -YF-in saytı və press relizlərində acıqlanacaq.
Əlavə məlumat üçün:
Leyla İmanova 4412722 (daxili nömrə 213); e-mail: limanova@osi-az.org
Şərafət İsmaylova 4412722 (daxili nömrə 214); e-mail: sismaylova@osi-az.org
|