Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

AÇIQ CƏMİYYƏT İNSTİTUTU -YARDIM FONDU

Akademik Həsən Əliyev küç. 117 A, Bakı AZ1110
Tel: (994 12) 564-34-65
Faks: (994 12) 564-34-66
E-mail: office@osi-az.org

QRANT MÜSABİQƏSİ

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu vətəndaş cəmiyyəti qurumlarını elektron və çap kütləvi informasiya vasitələrilə birgə 2006-cı il ictimai siyasətin müzakirələri proqramı daxilində qrantlar müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.

Vətəndaş cəmiyyətinin fəalları ayrı-ayrı sahələr üzrə kifayyət qədər yüksək səviyyəli bilik və təcrübəyə malik olduğu halda onların proseslərə müsbət təsiri və cəmiyyətin maarifləndirməsində əvəzsiz rolu ola bilər. Bu baxımdan müsabiqənin vəzifələrinə inkişaf proseslərində və ictimai siyasətin müəyyənləşməsi üzrə yerli fəalların iştirakı və nəzarətinin gücləndirməsi, yerli icmaların məlumatlandırma və ictimai siyasət forumların gerçəkləşməsi, habelə qüvvəda olan qanunvericilik və mövcud praktikanın təhlili ilə məşğul olan fəalların təcrübəsinin artırılması daxildir.

Müsabiqədə azı üç çap media vasitəsinin iş birliyinə və ya elektron kütləvi informasiya vasitəsinin iştirakına üstünlük verilə bilər.

Musabiqədə müzakirə olunacaq sahələr aşağıdakılardan ibarət ola bilər:

  • cəmiyyətdə informasiya əldə etmək mədəniyyətinin inkişafı
  • kütləvi informasiya vasitələrinin vəziyyəti
  • ictimai vəsaitlərin (dövlət budcəsi, Neft Fondu, bələdiyyə büdcələri) xərclənməsinin səmərəliyi
  • ədliyyə-məhkəmə sisteminin islahatları
  • dövlət və özünü idarə islahatları
  • ictimai səhiyyə islahatları
  • ictimai xidmətlərin təmin edilməsi
  • təhsil sisteminin problemləri
  • insan haqlarını təmin edən qanunvericiliyin təkmilləşməsi
  • vətəndaş cəmiyyətini narahat edən digər sahələr layihənin predmetini təşkil edə bilər, lakin bu halda inandırıcı statistik məlumat və araşdırmalara istinadlarla əsaslandırılmalıdır.
Musabiqədə iştirak edən ərizəçi fəaliyyətini yalnız bir sahəyə həsr etməlidir.

Müsabiqə zamanı ictimai siyasət üçün aktual olan mövzular üzrə aşağıdakı fəaliyyət növləri dəstəklənə bilər:

  • fərdi və birgə tədqiqatların aparılması,
  • həmin tədqiqatların nəticələrini yerli və mümkün oldugu halda daha geniş dairədə müzakirəsi,
  • sonradan səmərəli təkliflərin həyata keçirilməsi üzrə tətbirlərin görülməsi proqramı,
  • başqa ictimai diqqəti artıran tədbirlər, o cümlədən filmlərin və ya qısa sujetlərin çəkilişi və yayımı.

Müsabiqədə iştirak müraciətçilərdən aşağıdakı bacarıq və təcrübənin mövcudluğunu nəzərdə tutur, lakin onlarla məhdudlaşmır: qanunvericiliyin şərhi üzrə təcrübə, məlumat əldə edilməsi hüququnun təmin edilməsi, yerli problemlərin həlli yolunda səfərbərlik, yerli və mərkəzi dövlət səviyyəli məmurlarla ünsiyyət yaratmaq qabiliyyəti.

Ərizələr 2006-cı il noyabrın 16-na qədər təqdim oluna bilər. Nəticələr 8 dekabr 2006-cı il tarixinə qədər elan ediləcəklər.

Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqə ilə bağlı ətraflı məlumatı müsabiqəyə həsr olmuş məlumat sessiyasında 30 oktyabr 2006-ci il saat 16:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda əldə edə bilərsiniz.

Müsabiqə ilə bağlı digər məlumat Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda Fuad Süleymanovdan əldə edilə bilər.



webmaster@osi-az.org