|
Açıq Cəmiyyət İnstitutu -Budapeşt
AZƏRBAYCAN RESPUBLİKASI
SƏHİYYƏ NAZİRLİYİ AİDS, VƏRƏM VƏ MALYARİYA İLƏ
MÜBARİZƏ ÜZRƏ
QLOBAL FOND
"Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi"
layihəsi
HİV/AİDS və narkotiklərlə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliğı, HİV/AİDS-lə yaşayan şəxslərə qarşı tolerantlığın yaradılması məqsədilə
Azərbaycanın şəhər və regionlarında geniş məlumatlandırma kampaniyası üçün
QRANT MÜSABİQƏSİ ELAN EDİR
Layihələrdə aşağıdakı şərtlər yerinə yetirilməlidir:
- Tədbirlər 10 aprel -10 iyun müddətində başlayıb başa çatmalıdır
- Layihələrin büdcəsi 10000 ABŞ dollarından artıq olmamalıdır
- Kampaniya üçün seçilmiş mesaj təsiredici və korrekt şəkildə tərtib edilməlidir
- Layihələrin büdcəsinə çap materialları, treninq vəsaiti və texniki avadanlıq xərcləri daxil edilməməlidir
- Səfər xərcləri yalnız təşkilatın yerləşdiyi inzibati ərazi vahidi üçün nəzərdə tutulmalıdır
Layihələr geniş əhali kütlələrini, xüsusilə gəncləri, yeniyetmələri, miqrantları və, ümumilikdə, fəal reproduktiv yaş qrupları nümayəndələrini əhatə etməli və məlumatı canlı və səmərəli yollarla çatdırmalıdır. Layihələrin icrasına əməyinin ödənilməsi şərti ilə gənclər cəlb oluna bilərlər. Layihələr hökumət və yerli qeyri-hökumət təşkilatları tərəfindən təqdim oluna bilər.
Layihələr
- Azərbaycan dilində (şriftin ölçüsü 12)
- çap və elektron şəkildə
- 19 fevral 2007-cı il saat 17.00-a qədər
aşağıdakı ünvanda qrant qeydiyyatından keçirilməlidir:
Bakı, AZ1110, Həsən Əliyev küç., 117A, Tel: 5643465; 5643466-69
Layihənin qeydiyyatdan keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- ACİ -YF Təşkilat Qrant Ərizəsi Forması
- Layihənin aydın təsviri (3 səhifədən artıq olmamaq şərti ilə)
- Aydın və real büdcə
- Təşkilatın nizamnaməsi
- Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan kecməsini təsdiqləyən sənəd
- Bütün layihə iştirakçılarının siyahısı və tərcümeyi halları
- Dəstək məktubları (əgər varsa)
- Başqa təşkilatlar ilə layihəyə aid olan əməkdaşlığı təsdiq edən məktub (əgər varsa)
Təsdiq olunmuş layihələrin məqsədləri, ümumi büdcəsi və icraçıları ACİ - YF-in illik hesabatında, sayt və press relizlərində acıqlanacaq.
Əlavə məlumat üçün:
Leyla İmanova 5643475(daxili nömrə 213); e-mail: limanova@osi-az.org
Şərafət İsmaylova 5643475(daxili nömrə 214); e-mail: sismaylova@osi-az.org
|