Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

AÇIQ CƏMİYYƏT İNSTİTUTU - AZƏRBAYCAN YARDIM FONDU
İctimai Səhiyyə Proqramı

2008-ci il ücün İctimai Səhiyyənin Hüquq, Büdcə və Media sahələri üzrə aşağıdakı mövzularda
KİÇİK QRANTLAR MÜSABİQƏSİ ELAN EDİR

  • Həkim və pasiyent arasında baş verən, ələlxüsus HİV, narkotiklərdən istifadə və əlillik zəminində yaranan münaqişələrin həlli məqsədilə hüquqi klinikanın yaradılması
  • Marginal qrupların problemlərinin "hüquq və etika" baxımından KİV-də işıqlandırılması və mövcud stiqmanın azaldılması
  • Sağlamlıq hüququnun təmin olunmasında səhiyyə büdcəsinin rolu (2006-2007-cı illər üçün)
  • Azərbaycanda tibbi sığortanın perspektivləri - ictimai müzakirələr
  • Pulsuz tibbi xidmət və onun problemləri - ictimai müzakirələr
  • İctimai iaşə obyektlərində sağlamlıq hüququnun qorunmasında vətəndaş təşəbbüslərinin rolu

Müsabiqəyə hökumət və qeyri-hökumət təşkilatları dəvət olunur. Hər təşkilatdan göstərilmiş 6 mövzudan yalnız biri üzrə qrant ərizəsi qəbul ediləcək. Layihənin davamiyyəti 15 may - 15 oktyabr 2008-ci il, büdcəsi 8000 ABŞ dollarından artıq olmamalıdır.

Layihələr
- Azərbaycan dilində (şriftin ölçüsü 12)
- Çap olunmuş və elektron şəkildə
- 19 mart 2008-ci il saat 15.00-a gədər

aşağıdakı ünvanda qrant qeydiyyatından keçirilməlidir:

Ünvan:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Həsən Əliyev 117A
Bakı AZ1110
Tel. 5643465; 5643466 - 69

Layihənin qeydiyyatdan keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • ACİ - YF-in Təşkilat Qrant Ərizəsi Forması
  • Layihənin aydın və dəqiq təsviri (3 səhifədən artıq olmamaq şərti ilə)
  • Aydın və real büdcə
  • Təşkilatın nizamnaməsi
  • Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiqləyən sənəd.
  • Layihə icraçılarının siyahısı və tərcümeyi halları
  • Dəstək məktubları (əgər varsa)
  • Başqa təşkilatlar ilə layihəyə aid olan əməkdaşlığı təsdiq edən məktub (əgər varsa)

Təsdiq olunmuş layihələrin icraçıları, məqsədləri və ümumi büdcəsi ACİ - YF-in illik hesabatında, sayt və press relizlərində açıqlanacaq.

Layihələr üzrə məsləhətləşmələr 25 fevral, 7 və 14 mart tarixlərində saat 15.00 - 17.00-a qədər ACİ - YF konfrans otağında keçiriləcək.

Müsabiqə ilə əlaqədar məlumat kontaktları:

Leyla İmanova 5643475 (daxili nömrə 213) və yaxud e-mail limanova@osi-az.org ünvanına "MÜSABİQƏ 2008" qeydi ilə;
Şərafət İsmayılova 5643475 (daxili nömrə 214) və yaxud e-mail sismaylova@osi-az.org ünvanına "MÜSABİQƏ 2008" qeydi ilə

Ərizəsi forması



webmaster@osi-az.org