Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

AÇIQ CƏMİYYƏT İNSTİTUTU -YARDIM FONDU

Akademik Həsən Əliyev küç. 117 A, Bakı AZ1110
Tel: (994 12) 564-34-65
Faks: (994 12) 564-34-66
E-mail: office@osi-az.org

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu Beynəlxalq Qadın Proqramı Azərbaycan Respublikası Konstitusiyası, Az. Resp. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun" və Azərbaycanın qoşulduğu beynəlxalq normativ hüquqi aktlarda əksini tapmış kişi və qadınlar üçün bərabər hüquq və bərabər imkanların həyata keçirilməsinə dəstək məqsədilə "Gender Bərabərliyi və Davamlı İnkişaf" mövzusunda müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı istiqamətlər daxildir:

  • Cəmiyyətin gender mədəniyyətinin artırılması ;
  • Qadınların ictimai həyatda aktivliyinin gücləndirilməsi;
  • Qadınlarının iqtisadi sahədə maraqlarının gücləndirilməsi;
  • Qadınların yerli və beynəlxalq səviyyədə hüquqi imkanlarının genişləndirlməsi (müraciət qaydalarının mənimsənilməsi və prosedurların öyrənilməsi);
  • Regionlarda qadınların inkişafına dair təşəbbüslər.
  • Əsas sosial xidmətlərin verilməsində bərabərlik.

Yuxarıda göstərilən istiqamətlər çərçivəsində təşkilatlar və ya ekspert qrupları teledebat, sosial film rolikləri, televerilişlər, broşür və bukletlər və s. çap edə bilər.

Layihələrin müddəti maksimum 6 ay, məbləği isə $7,000-ı keçməməlidir. Birgə və ya həmmaliyyəsi olan layihələrin təqdim edilməsi arzu olunandır.

Layihələr Azərbaycan dilində təqdim edilməli və mart ayının 17-dən aprel ayının 14-ü saat 17:00-a kimi aşağıdakı ünvanda qeydiyyatdan keçirilməlidir:

Bakı, AZ 1110, Həsən Əliyev küç., 117A, ACİ-YF - qəbul şöbəsi. Tel: 5643465; 5643467-69.

Nəticələr aprel ayının sonuna kimi elan ediləcəkdir.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı müsabiqəyə həsr olunmuş məlumat sessiyasında 2008-ci il martın 30-u saat 17:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda əldə edə bilərsiniz.

Qeyd: Müsabiqə ilə bağlı əlavə məlumat Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda proqram əlaqələndiricisi Ülviyyə Məmmədovadan (daxili nömrə: 215, e-mail: umammadova@osi-az.org) alına bilər.



webmaster@osi-az.org