|
Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan
İncəsənət və Mədəniyyət Proqramı
aşağıdakı mövzularda kiçik qrantlar üzrə müsabiqələr elan edir:
"Mədəni məhsulların və xidmətlərin inkişaf etdirilməsinə dəstək"
Müsabiqənin məqsədi mədəniyyət və incəsənət sahəsinə aid və daha geniş mənada yaradıcı istehsalatla məşğul olan şəxslər və müəssisələrə yardım edən layihələrə təkan verməkdir. Buraya konslatinq xidmətlərinin təşkili, uğurlu təcrübənin toplanması və təbliq edilməsi, yeni müəssisələrin və emalatxanaların gurulması üzrə təlim, yardıcı potensialın aşkarlanması və səmərələşdirilməsi, praktiki yönüm daşıyan tədqiqatlar və bu kimi fəaliyyət növləri nəzərdə tutulur.
Layihənin büdcəsinə 5.000 ABŞ dollarına qədər məbləğ ayrıla bilər. Əlavə maliyyə mənbələrin mövcudluğu ərizəyə baxıldlqda əlavə üstünlük gətirir.
Layihələr ACİ YF-nun ümumi qrant ərizəsi və müvafiq formatda fondun qəbul şəbəsinə təqdim olunmalıdır.
Ərizəçilər üçün Bakı İncəsənət Mərkəzində (Əziz Əliyev küçəsi, 4-6) Interarts Foundunun əməkdaşı Jordi BALTA (Barselona, İspaniya) iştirakı ilə treninq məşğələsi - 2008-ci il, 5 may, saat 10:30 -dan etibarən
Tam ərizələrin qəbulu 2008-ci il, 01 iyul, saat 15:00-də
"Sosial problemlərin həllində həvəskar teatr fəaliyyəti"
Müsabiqənin məqsədi özfəaliyyət teartlara, xüsusəndə əhalinin ehtiyaclı və problemli təbəqələri arasında teart fəaliyyəti ilə məşğul olan və olacaq təşəbbüs qruplarına dəstək göstərməkdir. Buraya teatr qruplarının təşkili, təlim və tıəcrübə mübadiləsi, mövcud qrupların fəaliyyətinə dair təbliğat və PR və s. səpkidə layihələr dəvət olunur. Sadəcə ayrı-ayrı tamaşaları quruluşuna diar ərizələrə baxılmayacaq.
Hər bir layihənin büdcəsinə 5.000 ABŞ dollarına qədər məbləğ ayrıla bilər. Əlavə maliyyə mənbələrin mövcudluğu ərizəyə baxıldlqda əlavə üstünlük gətirir.
Layihələr ACİ YF-nun ümumi qrant ərizəsi və müvafiq formatda fondun qəbul şəbəsinə təqdim olunmalıdır.
Ərizəçilər üçün Bakı İncəsənət Mərkəzində (Əziz Əliyev küçəsi, 4-6) Beynəlxalq Həvəskar İncəsənət Festivalının direktoru prof. Peter van den HURK (Rotterdam, Niderland) iştirakı ilə treninq məşğələsi - 2008-ci il, 19 may, saat 10:30 -dan etibarən
Tam ərizələrin qəbulu 2008-ci il, 15 iyul, saat 15:00-dək
"Yaxın Şərq ölkələri ilə müasir incəsənət əlaqələri"
Müsabiqənin məqsədi Yaxın Şərq ölkələrindən olan incəsənət xadimləri və təşkilatları ilə müasir incəsənət növlərinin müxtəlif janr və formalarına aid müştərək layihələr və mübadilə ləayihələrini dəstəkləmək və Azərbaycanın regionla mədəni əlaqələrini möhkəmləndirməkdir.
Hər bir layihənin büdcəsinə 5.000 ABŞ dollarına qədər məbləğ ayrıla bilər. Əlavə maliyyə mənbələrin mövcudluğu ərizəyə baxıldlqda əlavə üstünlük gətirir.
Layihələr ACİ YF-nun ümumi qrant ərizəsi və müvafiq formatda fondun qəbul şəbəsinə təqdim olunmalıdır.
Ərizəçilər üçün Bakı İncəsənət Mərkəzində (Əziz Əliyev küçəsi, 4-6) "Əşkəl Əlvan" Mədəniyyət Mərkəzinin müdiri Kristin TOHME (Beyrut, Livan) iştirakı ilə treninq məşğələsi - 2008-ci il, 30 may, saat 10:30 -dan etibarən
Tam ərizələrin qəbulu 2008-ci il, 01 avqust, saat 15:00-dək
Qrant ərizəsi formaları üçün http://www.osi-az.org web-saytına, ələvə məlumat və məsləhət üçün isə ACİ-YF-nun İncəsənət və Mədəniyyət proqramına müraciət oluna bilər.
Ünvan: Açıq cəmiyyət İnstitutu-Yardım Fondu
Həsən Əliyev küçəsi 117-A
BAKI AZ1110
telefon: 564 34 75/ 76/ 77/ 78/ 79
faks: 564 34 66/ 67
|