Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

MÜSABİQƏ

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Şərq Şərq və Hüquq Proqramları çərçivəsində

"İnsan haqları Avropa Şurası sistemində: Üzv ölkələrin təcrübəsi"
adlı layihə üzrə müsabiqə elan edir.

     Azərbaycan Respublikasının Avropa Şurasına üzv olduğunu və bununla əlaqədar olaraq İnsan haqları və əsas azadlıqları üzrə Avropa Konvensiyası tələblərinin Azərbaycan Respublikası ərazisində əməl edilməsinin zəruri olduğunu nəzərə alaraq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu hüquqi tədqiqatlar və maarifləndirmə sahəsində birgə layihələri dəstəkləmək niyyətindədir.

     Layihənin şərtləri aşağıdakılardır:

  • Layihə yalnız Bakı şəhərini deyil, həm də Azərbaycanın başqa bölgələrini əhatə etməlidir;
  • Layihəni həyata keçirəcək təşkilatın Azərbaycan Respublikasının dövlət orqanları, insan haqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatlar və yerli qeyri - hökumət təşkilatları ilə işçi əlaqələri olmalıdır;
  • layihənin icra müddəti bir ildən çox olmamalıdır;
  • layihənin büdcəsi ərizəçi tərəfindən müəyyənləşdirilməlidir.

     Müsabiqədə dövlət, hüquq sahəsində çalışan ictimai və elmi - tədqiqat təşkilatları iştirak etməyə dəvət olunurlar.

     Avropa Şurasında üzv olan Şərqi Avropa ölkələrinin birinin təcrübəsi əsasında eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.

Layihələr 2002-ci ilin yanvarın 11-dək qəbul ediləcəkdir
Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Ərizə formasını təgdim etmək və aid olan tələblər üçün zəhmət olmasa bu ünvana müraciyyət edin:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org



webmaster@osi-az.org