Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

Aşıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan

QRANT MÜSABİQƏSİ ELAN EDİR


Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu yerli Qeyri-Hökumət Təşkilatlarını, analitik-araşdırma mərkəzlərini, müstəqil məsləhət və yardım təsisatlarını 2008-ci il ictimai siyasətin inkişafı proqramı daxilində qrant müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.

İctimai siyasət debatlar proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların nəticələrini yerli və daha geniş dairədə müzakirəsini və sonradan səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini məqsəd kimi qoyur.

Vətəndaş cəmiyyətinin fəalları ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri və cəmiyyətin maarifləndirməsində əvəzsiz rolu ola bilər. Bu baxımdan ictimai siyasətin müəyyənləşməsi üzrə milli ekspertlərin və yerli fəalların iştirakı və nəzarətinin gücləndirilməsi bacarıqları, ictimai məlumatlandırma və ictimai siyasət forumların gerçəkləşməsi, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin gedən proseslərə təsir etmək və hər hansı dəyişikliklərə nail olmaq imkanının inkişaf edilməsi hazırkı müsabiqənin əsas məqsədləri daxilindədir.

Müsabiqədə iştirak edəcək tərəflər ictimai fəallığını aşağıdakı sahələrə yönəldə bilərlər:

- informasiya əldə etmək mədəniyyətinin inkişafı;
- ictimai vəsaitlərin xərclənməsinin səmərəliyi;
- ədliyyə-məhkəmə sisteminin islahatları;
- dövlət və özünü idarə islahatları;
- insan haqlarının vəziyyəti ilə bağlı təminatlar;
- ictimai xidmətlərin təmin edilməsi;
- digər vacib ictimai siyasət sahələrini.

Müsabiqə aşağıdakıları dəstəkləmir: siyasi fəaliyyət, ayrı-ayrı fərdlərə maddi yardım, elmi-tədqiqat proqramları, təhsil üçün təqaüdlər.

Ayrılacaq hər bir qrantın məbləği 10.000 ABŞ dollarına qədər, müsabiqənin ümumi fondu - 70.000 ABŞ dollarıdır.

Ərizələr 2008-ci il aprelin 14-dən mayın 8-nə saat 15:00 qədər təqdim oluna bilər. Nəticələr 10 iyun 2008-ci il tarixinə qədər elan ediləcəkdir.

Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı müsabiqəyə həsr olmuş məlumat sessiyasında 2008-ci il aprelin 28 saat 17:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda əldə edə bilərsiniz.

Qeyd: Layihələr Azərbaycan dilində təqdim edilməli və qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı daha ətraflı məlumat Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunda vətəndaş cəmiyyəti proqramında akademik Həsən Əliyev küç. 117 A, Bakı, AZ1110 ünvanında, Tel: (994 12) 564-34-65, Faks: (994 12) 564-34-66, E-mail: office@osi-az.org və ya fsuleymanov@osi-az.org əldə edilə bilər.



webmaster@osi-az.org