|
MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Ali Təhsilə Dəstək Proqramı
2002-ci il Milli Yay Məktəblərinin Keçirilməsi üzrə Müsabiqə
I mərhələ
Ali Təhsil Proqramı ali təhsil müəssisələri arasında 2002-ci ildə keçiriləcək Milli Yay Məktəbləri müsabiqəsi elan edilir. Müsabiqə Ali Təhsil Müəssisələrində tədris proqramının və kurs məşğələlərinin inkişaf etdirilməsinə yönəldilib. Yay Məktəblərinin mövzusu sosial və humanitar elmlər sahəsində kursların, fənnlərin, proqramların yeniləşdirilməsi və təkmilləşdirilməsinə istiqamətləndirilməlidir.
Müsabiqədə iştirak üçün dövlət və özəl Ali Təhsil Müəssisələri dəvət olunur. Yay Məktəbi müsabiqəsində iştirak etməyə maraq göstərən ali təhsil müəssisələri I mərhələdə rektor tərəfindən imzalanmış Maraq Məktubu ACİ-YF-na Dekabrın 21-nə kimi təqdim etməlidirlər.
Müsabiqə şərtlərini ACİ-YF-nun ofisinə müraciət edib əldə edə bilərsiz.
Müsabiqə haqqında məlumat toplantısı Dekabrın 11, 2001-ci il ACİ-YF-nun Xəqani küç 1-də yerləşən ofisində saat 17:00 keçiriləcək.
Əlavə suallar üçün bu telefonlara müraciət edin:
41-27-22, 98-69-33, 98-70-16
Fəxri Abbasov
fabbasov@osi-az.org
|