Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə vətəndaş cəmiyyətinin və demokratik islahatların inkişafına yönəlmiş aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Dayanıqlı inkişaf strategiyasında kadr hazırlığı problemləri;
- Demokratikləşmə proseslərində gənclər və tələbə təşkilatlarının iştirakı;
- Yerli özünüidarə orqanlarının inkişaf yolları;
- Vətəndaş cəmiyyəti və din
- Yeni dünya geosiyasi gerçəkliklərinin Azərbaycan cəmiyyətinə təsiri
- Keçid dövrü cəmiyyətində mədəniyyət abidələrinin qorunması təcrübəsi
Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2002-ci ilin yanvarın 25-dək qəbul ediləcəkdir.
Layihələrin icrası 2002-ci ilin aprel ayından tez olmayaraq başlanılmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk.
Ərizə formasını təgdim etmək və aid olan tələblər üçün zəhmət olmasa bu ünvana müraciyyət edin:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org