|
MÜSABİQƏ
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun
Dərsliklərin qiymətləndirilməsi və nəşri üzrə birgə layihəsi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin, müəllimlər üçün vəsaitlərin və iş dəftərlərinin yazılması və nəşri üzrə müsabiqə elan edir.
- Naşirlər arasında müsabiqə aşağıdakı fənnlər üzrə keçirilir:
| 1. Azbuka - rus məktəbləri I sinif | Dərslik |
| Müəllim üçün vəsait |
| İş dəftəri |
| 2. İngilis dili - VII sinif | Dərslik |
| Müəllim üçün vəsait |
| İş dəftəri |
| 3. Fransız dili - VII sinif | Dərslik |
| Müəllim üçün vəsait |
| İş dəftəri |
| 4. Riyaziyyat - VII sinif | Dərslik |
| Müəllim üçün vəsait |
| 5. Ümumi biologiya - X-XI siniflər | Dərslik |
| Müəllim üçün vəsait |
- Müsabiqədə iştirak etmək istəyən nəşriyyatlar 4-10 yanvar 2002-ci il tarixlərində ərizə ilə müraciət etməklə sənədlərlə tanış ola bilərlər. Müsabiqə iştrakçıları mövcud tədris planı üzrə standartların toplusunu və qiymətləndirmə meyarlarını özündə cəmləşdirən iştiraketmə sənədlərinin tam komplektini ödənişsiz əldə edə bilərlər.
- Müsabiqədə iştirak etmək istəyən nəşriyyatlar 10-15 yanvar 2002-ci il tarixlərində suallarını yazılı surətdə bildirə bilərlər.
- Müsabiqədə iştirak etmək istəyən nəşriyyatlar öz suallarına cavab almaq üçün 22 yanvar 2002-ci ildə seminarda iştirak edə bilərlər.
- Müsabiqədə iştirak etmək istəyən nəşriyyatlar sənədlərini 31 may 2002-ci il saat 12:00-a kimi təqdim etməlidirlər. Müvafiq sənədlər qəbul olunandan sonra heç bir dəyişiklik qəbul olunmur.
- Müsabiqənin qalibi Dərsliklərin Qiymətləndirilməsi və Təsdiqi üzrə müstəqil Şura tərəfindən müəyyənləşdiriləcək. Qalib dərsliklərə Təhsil Nazirliyi tərəfindən istifadə üçün qrif veriləcək.
- Müsabiqədə qalib gəlmiş dərsliklərin nəşri 2003-cü il iyulun 1-nə qədər başa çatdırılmalıdır.
Təşkilat komitəsinin ünvanı:
Təhsil Nazirliyi Dərslik, mətbuat və nəşriyyat şöbəsi
Birgə layihə üzrə Dərslik koordinasiya komitəsi
Bakı 370008
Xətai prospekti, 49
|