Qadınlar Şəbəkə Proqramı çərçivəsində "Qender həssaslıqı və jurnalistikada yeni üsulları" treninqdə iştirak etmək üçün müsabiqə elan edir. Treninq Mart ayında Bakı şəhərində Moskva trenirləri tərəfindən keçiriləcəkdir.
Treninqin əsas mövzuları:
- İctimai jurnalistika
- Peşəkarlıq və qender korreksiyası
- Auditoriya və ictimai sifariş
- Qadınların və kişilərin surətləri
- Müsahibənin texnikası və qender xüsusiyyətləri. Janrlar və üsullar.
Treninq proqramında iştirak etmək üçün jurnalistlər, mətbuat və televiziya nümayəndələri, jurnalistika fakultəsində oxyan tələbələr dəvət olunurlar.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri 13 mart 2002-ci il saat 17.00-a kimi ACI-ya təqdim olunmalıdır:
- ACI-YF doldurulmuş ərizə forması
- Həmin sahədə çalışan mütəxəssisin zəmanət məktubu
- Müfüssəl rezüme ( tərcüməyi hal)
- Məqsəd məktubu (2 səhifədən çox olmayaraq). Burada ərizəçi tədbirin vacibliyini, öz məqsədini və təcrübəsini qeyd edir.
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org