|
MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Şərq Şərq Proqramı çərçivəsində müsabiqə elan edir
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu-Özbəkistan, Səmərqənd, 10-13 aprel 2002
Biznes sahəsində qadınların əməkdaşlığının problemləri və perspektivləri.
Seminarın məqsədi keçid dövrü cəmiyyətlərində biznes sahəsində qadınların bilgilərinin artırılması üçün müvafiq şəraitin yaradılmasına və birgə layihələrin həyata keçirilməsində qadınların iştirakının təmin edilməsınə nail olmaqdır.
Müsabiqədə bu sahədə işləyən hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər. Müsabiqə iştirakçıları seminarın mövzusuna aid məruzə təqdim etməlidirlər.
Sənədlərin son təqdimetmə müddəti: 26 mart 2002-ci il
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org
|