Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi keçid dövrü cəmiyyətlərində ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə vətəndaş cəmiyyətinin və demokratik islahatların inkişafına yönəlmiş aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Azərbaycan regionlarında QHT-lərin inkişaf yolları və perspektivləri
- Keçid dövrü cəmiyyətlərində ekolojı amilin demoqrafik duruma təsiri
- Şərq-Qərb enerjı koridoru və ətraf mühitin qorunması uğrunda QHT-lərin əməkdaşlığı
- Orta və kiçik sahibkarlığın haqlarının qorunmasında QHT-lərin rolu
Türkiyədə və ya Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2002-ci ilin aprelin 16-dək qəbul ediləcəkdir
Layihələrin icrası 2002-ci ilin avqust ayından tez olmayaraq başlanılmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk.
Qeyd: Şərq Şərq proqramı əmək haqqı və avadanlığın verilməsini nəzərdə tutmur. Proqram haqqında məlumatı martın 19-da ve 26-da 16.00-dan 17-00-dək proqramın koordinatoru Gülnura Mehdidən almaq olar.
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Bakı, Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org
Gəncə, Mirəli Qaşqay küç., 10
Tel: 56 30 25, 56 30 26
Mingəçevir, D. Əliyeva küç., 1
Tel: 5 47 86