Açıq Cəmiyyət İnstitutu Yardım Fondu-Özbəkistan, Buxara, 16-19 iyun 2002
Gənclərin inkişafı üçün strategiya və gender bərabərliyi
Seminarın məqsədi cəmiyyətdə gender bərabərliyini nəzərə alaraq gənclərlə iş aparmaq üçün strategiya hazırlamaqdır.
Müsabiqədə bu sahədə çalışan gənclər, tələbələr, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər. Müsabiqə iştirakçıları ACİYF-in blankını doldurmalı və seminarın mövzusuna aid məruzə ilə CV-ni (Times New Roman #11) disketdə rus və ya ingilis dillərində təqdim etməlidirlər.
Mövzular aşağıdakılardır: gənclərin tərbiyəsində gender amilləri, ailə və cəmiyyətin rolu, qanunların tədbiqi, iqtisadi problemlər və s.
Sənədlərin son təqdimetmə müddəti: 17 may 2002-ci il
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Bakı, Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org