Şərq Şərq Proqramı çərçivəsində
layihələr üzrə
müsabiqə elan edir
Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi keçid dövrü cəmiyyətlərində ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə vətəndaş cəmiyyətinin və demokratik islahatların inkişafına yönəlmiş aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Azad və ədalətli seçki praktikası və Azərbaycan (Türkiyə, Şərqi Avropa və Orta Asiya)
- Keçid dövrü yaşayan dövlətlər: Azərbaycanın yeri
- siyasi islahatlar
- iqtisadi liberalizasiya
- din və siyasət
- siyasi-tarixi şüur
Soros fondları şəbəkəsi ölkələrindən ən azı bir xarici tərəfdaş təşkilatın olması şərtdir. Türkiyədə və ya Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2002-ci ilin iyulun 31-dək qəbul ediləcəkdir.
Layihələrin icrası 2002-ci ilin noyabr ayından tez olmayaraq başlanmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk
Qeyd: Şərq Şərq proqramı əmək haqqı və avadanlığın verilməsini nəzərdə tutmur. Proqram haqqında əlavə məlumatı iyunun 20-də ve 27-də 16.00-dan 17-00-dək proqramın koordinatoru Gülnura Mehdidən almaq olar.
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Bakı, Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org