|
MÜSABİQƏ
Vətəndaş Cəmiyyəti Proqramı çərçivəsində
"İntellektual mülkiyyətin təminatı"
adlı layihələr üzrə müsabiqə elan edir
Son zamanlar Azərbaycan Respublikasında intellektual mülkiyyətin təminatı mühüm problem olduğunu və bu sahədə mövcud qanunlara əməl edilməsinin zəruri olduğunu nəzərə alaraq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu intellektual mülkiyyət sahəsində maarifləndirmə və başqa təşəbbüsləri dəstəkləmək niyyətindədir.
Müsabiqədə iştirakın şərtləri aşağıdakılardır:
- layihə yalnız Bakı şəhərini deyil, həm də Azərbaycanın başqa bölgələrini əhatə etməlidir;
- layihəni həyata keçirəcək təşkilatın intellektual mülkiyyətin təminatı sahəsində təcrübəsi olmalıdır;
- layihənin icra müddəti bir ildən çox olmamalıdır;
- layihənin büdcəsi ərizəçi tərəfindən müəyyənləşdirilməlidir.
Müsabiqədə dövlət, qeyri - hökumət və başqa təşkilatlar iştirak edə bilərlər.
Layihələr 2002-ci ilin iyulın 31-dək qəbul ediləcəkdirlər.
Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Müsabiqə ilə bağlı daha ətraflı məlumat Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun ofisində verilə bilər.
Müsabiqəyə həsr olunmuş məlumat sessiyası 2002-ci il iyulun 17 və 29-da saat 17:00-da Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun ofisində veriləcək.
Ünvan:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail:office@osi-az.org
|