MÜSABİQƏ
Təhsil Debatları Beynəlxalq Assosiyasiyası, ABŞ Dövlət Departamentinin Təhsil - Mədəniyyət şöbəsi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Azərbaycan
"Təhsil Debatları üzrə əməkdaşlıq proqramı - Azərbaycan, Belarusiya və ABŞ-ın orta təhsil məktəbləri arasında əməkdaşlıq proqramı" musabiqəsini elan edir.
Layihənin əsas məqsədi: Azərbaycan, Belarusiya və ABŞ-ın orta təhsil məktəblərinin müəllim və şayirdləri arasında yeni və uzun müddətli əlaqələrin yaradılmasıdır.
Layihənin müddəti: oktyabr 2002 - dekabr 2003-cü il.
Müsabiqədə Azərbaycanan orta təhsil məktəbləri iştirak edə bilərlər.
Layihədə iştirak etməkdə maraqlı olan məktəblər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Məktəbin İnternetdən istifadə etmə imkanı
- dəvət olunmuş xarici iştirakçıların (müəllim və şagirdlər) minimum 3 həftə müddətində azərbaycan ailələrində yerləşdirilməsi və onlar üçün həmin müddətdə mədəni-məlumatlandırıcı proqramın hazırlanması
- Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Debat proqramında minimum 1 il iştirak təcrübəsi.
Layihədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri (İngilis dilində) təqdim etməlidirlər
- məktəb rəhbərliyi tərəfindən dəstək məktubu (ictimai-sosial layihələrdə iştirak barəsində)
- müəllim və şagirdlər tərəfindən doldurulmuş anket formaları
- hər bir iştirakçı nimizədin tərcümeyi halı
- məqsəd məktubu
- 6-10-cu sinif şagirdi olmaq.
Sənədlərin son qəbul olunma tarixi: 30 sentyabr, 2002-ci il.
Müsabiqənin nəticələrinin bildirilmə tarixi: 31 oktyabr, 2002-ci il.
Əlavə məlumat və anketlərin əldə olunması üçün I-V günlər saat 9:00-dan 18:00-a kimi müraciət edə bilərsiz:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Xəqani küç. 1, 4-cü mərtəbə
Məsul şəxs: Almaz Əhmədova
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: aakhmedova@osi-az.org