MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu
Şərq Şərq Proqramı çərçivəsində
layihələr üzrə müsabiqə elan edir
Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi keçid dövrü cəmiyyətlərində ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə vətəndaş cəmiyyətinin və demokratik islahatların inkişafına yönəlmiş aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Azad və ədalətli seçki praktikası və Azərbaycan (Türkiyə, Şərqi Avropa və Orta Asiya)
- Keçid dövrü yaşayan dövlətlər: Azərbaycanın yeri
- siyasi islahatlar
- iqtisadi liberalizasiya
- din və siyasət
- siyasi-tarixi şüur
Türkiyədə və ya Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2002-ci ilin sentyabrın 30-dək qəbul ediləcəkdir.
Layihələrin icrası 2002-ci ilin dekabr ayından tez olmayaraq başlanmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk
Qeyd: Şərq-Şərq proqramı əmək haqqı və avadanlığın verilməsini nəzərdə tutmur.
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Bakı, Xaqani küç., 1, 4-cü mərtəbə, qəbul otağı, tel: 98 69 10, 98 69 33 (314)
Gəncə, Mirəli Qaşqay, 10, tel: 56 30 25, 56 30 26
Mingəçevir, D. Əliyeva Küç., 1, tel: 5 47 86