MÜSABİQƏ
AÇIQ CƏMİYYƏT İNSTİTUTU-YARDIM FONDUNUN / AZƏRBAYCAN (ACİ-YF)
CASPIAN REVENUE WATCH - AZƏRBAYCAN QRUPU
JURNALİST TƏHQİQATLARI MÜSABİQƏSİ ELAN EDİR
Müsəbiqəyə Azərbaycanın iqtisadiyyatının bütün sahə problemlərinə, o cümlədən təbii resursların, neft və qaz ehtiyatlarının hasilatı və emalı ilə bağlı iqtisadi-sosial-ekoloji məsələlərə dair əsərlər qəbul olunur.
Müsəbiqədə Bütün jurnalistlər istər fərdi, istərsədə müştərək qaydada, bu elan dərç olunduqdan sonraki 2 ay müddətində dövri mətbuatda cap edilmiş yazılar və efirə verilmiş audio və videomateriallarla iştirak edə bilərlər. Çap materialı onu dərc etmiş mətbu orqanın müvafiq buraxılışı ilə, radio və televiziya reportajları isə həm audio (video) versiyada, həm də stenoqram yazısında təqdim olunmalıdır.
Əsərlər müsabiqəyə bu il noyabr ayının 8-nədək qəbul edilir.
Əsərlər 6 meyar üzrə qiymətləndirilir: aktuallıq; problemə yanaşmada konseptual yenilik; təhqiqatın dərinliyi; nəticələrin ictimai əhəmiyyəti; fakt, iqtibas və məlumatların mötəbərliyi; üslub.
Münsiflər heyəti SRW-Azərbaycan qrupunun üzvlərindən ibarətdir.
Təltif mərasimi Dirçəliş qünü ərəfəsində keçiriləcək. Qaliblər CRW-Azərbaycan qrupunun diplomları ilə yanaşı, 6 pul mükafatı ilə təltif olunurlar:
- Birinci mükafat - 500 ABŞ dolları
- İkinci mükafat -hər biri 350 ABŞ dolları
- Üçüncü Mükafat - hər biri 200 ABŞ dolları
İki və daha çox müəllifin təqdim etdiyi əsərlər qalib qəldikdə onların hər biri diplomla təltif olunur, pul mükafatı isə aralarında bölünür. Qaliblər həmçinin CRW-Azərbaycan proqramı çərçəvəsindəki layihələrə cəlb edilirlər.
Əsərlər müsabiqəyə AÇİ-YF-nun ofisində (Bakı, Xaqani küç.1, 4-cü mərtəbə) qəbul olunur. Bu zaman hər bir iştirakçı xüsusi forma dolduraraq, adı, soyadı, atasının adı, doğum ili və iş yeri haqqında (radio və TV reportajları üçün həmçinin- əsəri efirə vermiş teleradio şirkəti, efir tarixi və vaxtı barəsində) məlumat verir.
Əlavə məlumatları Ülkər Axundovadan 41-27-22 (313) nömrəli telefonla almaq olar.
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Faks: 98-69-34