Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi keçid dövrü cəmiyyətlərində ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə azad və ədalətli seçki praktikasına aid aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Seçkiqabağı demokratik mühitin formalaşması (seçicı fəallığının artırılması, seçki qanunlarının ictimai müzakirəsi, qadınların və gənclərin iştirakı, KİV-lərin rolu)
- Seçki kampaniyasına aid müvafiq monitorinqlərin QHT-lər tərəfindən aparılması
- Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakının təmin edilməsi sahəsində QHT-lərin beynəlxalq əməkdaşlığı
Soros fondları şəbəkəsi ölkələrindən xarici tərəfdaş təşkilatın olması şərtdir.
Türkiyədə və ya Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2002-ci ilin dekabrın 19-dək qəbul ediləcəkdir.
Layihələrin icrası 2003-ci ilin mart ayından tez olmayaraq başlanmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk
Qeyd: Layihələr Azərbaycan dilinde teqdim edilməli, aydın və səlis dildə yazılmalıdır. Şərq Şərq proqramı əmək haqqı və avadanlığın verilməsini nəzərdə tutmur.
Ərizə aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Bakı, Xəqani küç. 1, 4-cü mərtəbə
Tel: 98-69-10, 98-69-33
Fax: 98-69-34
E-mail: office@osi-az.org
Gəncə, Mirəli Qaşqay küç., 10
Tel: 56 30 25, 56 30 26
Mingəçevir, D. Əliyeva küç., 1
Tel: 5 47 86