MÜSABİQƏ
ƏN YAXŞI İLLÜSTRASİYA MÜSABİQƏSİ
Beynəlxalq Step-by-Step Assosiasiyası (BAAA) Açıq Cəmiyyət institutu çərçivəsində uşaq ədəbiyyatının (3-6 yaşlılar üçün) nəşrilə məşğuldur. Bununla əlaqədər, Assosiasiya II Beynəlxalq illüstratorlar müsabiqəsini elan edir. Müsabiqənin şərtlərinə görə 27 ölkənin illüstratorları öz illüstrasiya nümunələrini təqdim etməlidir və onlar Beynəlxalq redaktorlar şurası tərəfindən qiymətləndiriləcəkdir.
İştirak etmək arzusunda olan bütün illüstratorlar müsabiqəyə dəvət olunur.
Xahiş olunur, ən yaxşı illüstrasiyalarınızı təşkil edən 5-6 nümunəni PDF formatında təqdim edəsiniz. Müsəbiqənin şərtlərinə görə, qalib gəlmiş illüstratorlar Assosiasiya tərəfindən nəşr olunacaq uşaq kitabları üçün 16 illüstrasiya hazırlayacaqlar ki, bunun müqabilində onlar 100 dollar avans və kitabların satışından əldə olunacaq gəlirin 15-25 % alacaqlar.
Ərizələr və illüstrasiya nümunələri 15 fevral 2003-cü il tarixədək "Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu Azərbaycan"-da qəbul olunur.
Açıq Cemiyyət İnstitutu Yardım Fondu-Azərbaycan
Ünvan: Akademik Həsən Əliyev küç., 117(A) (keçmiş İnqilab küç.)
Tel: 98-69-10, 98-69-33
Faks: 98-69-34