|
|

xəbərlər toplusu
 |
 |
 |
 |

MÜSABİQƏ
Əqli Şikəstliyin Müdafiəsi Proqramı
Açıq Cəmiyyət İnstitutu - Soros Fondu Gəncə şəhəri üzrə Əqli Şikəstliyin Müdafiəsi Proqramı cərçivəsində valideyn assosiasiyaları tərəfindən təqdim edilmiş layihələr üzrə müsabiqə elan edir. Layihələr aşağıdakı tələblərə cavab verməlidir:
- ACİ - SF -dan tələb olunan vəsait 10 000 ABŞ dollarından artıq olmamalı
- layihənin büdcəsinə icarə pulu, kompüter , tibbi avadanlıq, dəftərxana materialları daxil edilməməli
- layihə treyninqləri, işçi qrupunun əmək haqqını, uşaqların fiziki və əqli inkişafına yönəldilmiş avadanlıqı, oyunları, 1 dəfəlik qida üçün vəsaiti, və nəticələrin ictimaiyyətə çatdırılması vasitələrini maliyyələşdirə bilər
- layihənin müddəti 1 ildən artıq olmamalı
- müraciətə ərizəçinin müvəffəqiyyətlə işlənilmiş layihələr haqda informasiya əlavə olunmalıdır
- icraçılar əsasən pedaqoji və psixoloq təcrübəyə malik olan şəxslər olmalıdır
- layihənin işçi planına valideyn qrupunun treyninqləri əlavə edilməlidir
- üstünlük reabilitasiya sahəsində təcrübəsi olan və əlavə donorları cəlb edə bilmiş layihə və təşkilatlara veriləcək
Xahiş olunur təklif və layihələrinizi 2003-cü il aprel ayının 1-dək Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu - Gəncə filialına təqdim edəsiniz.
Əlavə məlumat üçün:
Nüseynov Həsən
Gəncə şəhəri,
ACİ-YF - Gəncə filialı
Gəncə, Mirəli Qaşqay, 10
Tel: 56-30-25, 56-30-26
|
|
 |
|