Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu-Budapeşt
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu / Azərbaycan
Əqli İnkişafında Qüsuru Olan İnsanların Müdafiəsi Proqramı
Şəbəkə Media Proqramı

Cənubi Qafqaz üzrə 2003-cü il üçün Ruhi Sağlamlıq və İnkişafdan Geri Qalma Problemləri ətrafında İctimaiyyəti məlumatlandırma və İctimai Mövqenin Formalaşdırılması mövzusunda
qrant müsabiqəsi elan edir

ƏÇYF və ACİ-YF-u birlikdə İNKİŞAFDAN GERİ QALMIŞ insanların üzləşdiyi problemlərə dair məlumatları artırmaq məqsədilə İctimaiyyəti Məlumatlandırma üzrə Regional Qrant Müsabiqəsiniə başlayırlar.

İctimaiyyəti Məlumatlandırma və İctimai Mövqenin Formalaşdırılması üzrə Qrant Müsabiqəsinin məqsədi:

  1. İnkişafdan Geri Qalmış İnsanların həyatın bütün sahələrinə dair İnsan Hüquqlarını təmin etmək (məs. təhsil almaq hüququ, işləmək hüququ, əmlak sahibi olmaq hüququ və s.)
  2. İnkişafdan geri qalmış insanlara qarşı mövcud olan ayrı-seçkilik və təhqiramiz münasibətlər haqda cəmiyyəti məlumatlandırmaq və bu insanların cəmiyyətə inteqrasiyasına şərait yaratmaq.
  3. Vətəndaş cəmiyyəti təşkilatlarının inkişafdan geri qalmış insanlara qarşı ayrı-seçkilik və təhqiramiz münasibətləri tam aşkara çıxarıb bu hallarla mübarizə fəaliyyətini gücləndirmək.

Kompaniyanın devizi belədir ki, inkişafdan geri qalmış insanların hüquqları insan hüquqlarına daxildir və inkişafdan geri qalmış insanlar sədəqəyə möhtac olan və passiv xəstələr deyil, cəmiyyətə tam inteqrasiya olunmaq hüququna malik olan müstəqil vətəndaşlardır. Kompaniyalarda əsas diqqət inkişafdan geri qalmış insanların təhsil almaq, iş tapmaq və yüksək səviyyəli gündəlik qayğı və sağlamlıq xidmətləri göstərilməsilə əlaqədar üzləşdikləri problemlərə yönəldilməlidir. Kompaniyalar inkişafdan geri qalmış insanlar haqqında mövcud olan səhv fikir və stereotipləri təkzib etməli, onlara qarşı arzu edilməz münasibətlərin səbəb və nəticələrini açıqlamalı və bu insanların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq yollarını axtarmalıdır.

Kompaniyalar uğur əldə etmək üçün aşağıdakı üsullardan istifadə edə bilərlər:

  • Çoxsaylı informasiya vasitələri ilə məlumat kompaniyası keçirmək, məsələn, müsahibələr, icmallar, radio və televiziya məlumatları, televiziya verilişləri, mətbuat nümayəndələrinin ictimai xidmət nümayəndələrinə baş çəkməsi;
  • Cəmiyyətin geniş kütlələrini (müxtəlif təbəqələri, müxtəlif cür maraqları) cəlb etmək. Bunun üçün məs., küçələrdə, məktəb və universitetlərdə ictimai və mədəni tədbirlər, ictimai müzakirələr, dəyirmi masalar, sərgilər, idman tədbirləri keçirmək, reklam, afişa lövhələri və kitabçalardan istifadə etmək;
  • Qanunvericilikdə əqli inkişafdan geri qalmış insanların hüquqlarına dair zəruri dəyişikliklər və/və ya təkmilləşdirilmələr edilməsinə dövlət dəstəyini təmin etmək;
  • Dövlət və yerli idarə orqanlarını əqli inkişafdan geri qalmış insanlara qarşı ayrı-seçkilik münasibətilə mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə yeni proqram və xidmətlərin həyata keçirilməsi üçün müvafiq maliyyə resurslarını təmin etməyə inandırmaq;
  • Kompaniyanın keçirdiyi müxtəlif tədbirlərə: ictimai müzakirələr, dəyirmi masalar, forumlar, mədəniyyət, yaxud idman tədbirlərinə hökümət nümayəndələri və rəsmilərini cəlb etmək;
  • Bir sıra fəaliyyətdə olan qeyri-hökümət təşkilatlarının əqli inkişafdan geri qalmış insanlarla əlaqə və əməkdaşlığını təşkil etmək;
  • Hökümət müəssisələri, qeyri-hökümət təşkilatları, mətbuat və bu məsələ ilə əlaqədar olan bütün təşkilatçıların ümumi ittifaqlarını yaratmaq/möhkəmləndirmək;
  • Kompaniyanın yuxarıda göstərilən məqsədlərinə müvafiq real və sistemli hərəkət planlarını işləyib hazırlamaq.

Namizədlər kütləvi kompaniyaları 28 noyabr - 4 dekabr tarixləri arasında keçirməlidirlər və bu zaman əsas diqqət 3 dekabra, Beynəlxalq Əqli inkişafdan qalmış İnsanlar Gününə yönəldilməlidir.

İki və yaxud daha artıq QHT-nın birgə həyata keçirdiyi və kompaniyalarının bütün mərhələlərində inkişafdan geri qalmış insanların iştirak etdiyi layihələrə üstünlük veriləcəkdir.

Ümumxalq səviyyəsində keçirilən kompaniyalara xüsusi əhəmiyyət veriləcəkdir.

İştirak edən QHT-lərin mütləq QHT olması vacib deyil, inkişafdan geri qalmış insanlarla işləyən, daha aktiv fəaliyyət göstərmək istəyən təşkilatlar (məs., insan hüquqları üzrə QHT) və yaxud bu insanlara yardım işində artıq aktiv fəaliyyət göstərən digər təşkilatlar da iştirak edə bilərlər.

Büdcə ABŞ dollarında təqdim olunmalıdır. ACİ-YF-dən tələb olunan vəsait 4000 ABŞ dollarından artıq olmamalıdır. Birğə layihələr və yaxud ümummilli kampaniya daha artıq vəsait ala bilər. Layihə əlavə maliyyə mənbəyi nəzərdə tutursa bunu təsdiq edən məktub təqdim olunmalıdır. Digər mənbələrdən alınan məbləğin dəqiq ölçüsü büdcədə əks etdirilməlidir.

Qrantın ümumi məbləğinin yalnız 10%-i inzibati xərclərə sərf oluna bilər, belə ki, qrantın ümumi məbləğinin ən azı 90% - proqramla əlaqədar məsələlərə xərclənməlidir.

Müsabiqə çərçivəsində qaliblər layihə üzərində daha müvəffəqiyyətlə işləmək üçün Tbilisi şəhərinə treninqə ezam olunacaqlar.

Ərizələr 2003-cü il 26 may saat 16.00-a qədər aşağıdakı ünvana təqdim olunmalıdır:
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu
Bakı, 370110,
Akademik Həsən Əliyev küç., 117A

Proqram və müsabiqə haqda əlavə məlumat almaq üçün:
İmanova Leyla
İctimai Səhiyyə Proqramı əlaqələndiricisi
Tel: (99412) 412722, 986933, 986910 (əlavə 211)
Fax: (99412) 986934
E-mail: limanova@osi-az.org



webmaster@osi-az.org