MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu/Azərbaycanın Qərb bölgələrində fəaliyyət göstərən QHT-lər, yerli özünüidarəetmə orqanları və digər qurumlar üçün Qadın problemləri
mövzusunda kiçik qrantlar müsabiqəsi elan edir
Müsabiqənin şərtləri:
- Layihələr aşağıdakı problemlərə aid olmalıdırlar:
- Qadınlara qarşı zorakılıq problemləri - qadınlar üçün böhran mərkəzinin yaradılması: etimad telefonu, hüquqi, psixoloji və tibbi xidmətlər; ictimai kampaniyalar.
- Gender maarifləndirilməsi - gender kursları, gender təhsil mərkəzlərinin yaradılması və inkişfı, trenerlərin hazırlanması.
- Qadın sağlamlığı və reproduktiv səhiyyə
- Layihələrin icrası 2003- cü il sentyabrın 1-dən sonra başlamalı və icra müddəti 1 ildən artıq olmamalıdır.
- Müsabiqəyə təqdim olunan layihələrin büdcəsi birinci mövzu üçün 10 000, o biri mövzular üçün isə 5 000 ABŞ dollarıından çox olmamalıdır.
Layihələr 2003-cü il iyul ayının 30-nadək GTMM-də qəbul ediləcəkdirlər.
14 iyul 2003-cü il saat 14:00-də GTMM-də Müsabiqə haqqında informasiya sessiyası keçiriləcəkdir
ACİ-YF qrant əfrizə formasını və əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi 10, GTMM
Tel: (99422) 56 30 25
E-mail: geic@geic.osi-az.org