Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin

xəbərlər toplusu

MÜSABİQƏ

Addım-Addım layihəsinin müsabiqəsi

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu qabaqcıl pedaqoji texnologiyalarla işləyən müəssisələrin əsasında yaradılmış treninq və resurs mərkəzlərinin informasiya bazasının yaradılması və informasiyanın paylanması layihəsi çərçivəsində aşağıdakı xidmətlərə dair müsabiqə elan edir:

  • İctimaiyyəti layihənin məqsəd və vəzifələri barədə məlumatlandırma
  • Regionlarda informasiya şəbəkəsinin potensial istifadəçilərinin öyrənilməsi
  • Elektron təminatı və İT üzrə regional əlaqələndiricilər üçün seçim və müvafiq treninq
  • Zəruri avadanlığın alınması, çatdırılması və sazlanması
  • Bütün mərkəzlərlə baş ofis arasında elektron poçtun təşkili
  • Hər bir mərkəzin ümumi Web səhifəsinə çıxmaqla ümumi Web səhifənin yaradılması (informasiyaların toplanması, təsnifatı və tərcüməsi)
  • Ümumi paylanmış informasiya şəbəkəsinin yaradılması
  • Şəbəkənin davamlı inkişafı üzrə planın təqdim olunması
  • Şəbəkənin işinin əlaqələndirilməsi və monitorinqi
  • Layihə üzrə fəaliyyətin nəticələrinin təqdimatı (layihənin davametmə müddəti 1 ildir)

Şərtlər:

  • Müsabiqədə iştiraka qeydiyyatdan keçmiş QHT-lər buraxılır
  • Müsabiqəyə cəlb olunması nəzərdə tutulan mütəxəssislər qrupunun tərcümeyi-hallarını təqdim etmək vacibdir (layihə əlaqələndiricisi, kompüter mühəndisi, vebmaster, maliyyə meneceri)
  • QHT-nin əvvəlki, xüsusən də təhsil sahəsindəki fəaliyyətini səciyyələndirən sənədlər

Sənədlərin təqdim olunmasının son müddəti 27 oktyabr 2003-cü il tarixəcən 1700-dəkdir

Maraqlanan təşkilatlarla görüş oktyabrın 23-də saat 1600-da keçiriləcək
Bakı, 370110, H. Əliyev küç. 117A



webmaster@osi-az.org