MÜSABİQƏ
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu və BMT-nin Azərbaycandakı İnkişaf Poqramı
"İçəri Şəhər Günü" bayram festival üçün ən yaxşı ssenari üçün
MÜSABİQƏ
e'lan edir
Dünya Bankı tərəfindən maliyyələşdirilən "Azərbaycanda Mədəni İrsin Qorunması" Layihəsi çərçivəsində Cəmiyyətin İnkişafı Proqramı yerli sakinlərin fəal iştirakı ilə "İçəri Şəhər Günü" ictimai festivalın keçirilməsini planlaşdırır. Festivalın proqramı yerli icmanın təklifləri və həmçinin maraq göstərən şəxslər və təşkilatlar tərəfindən təqdim olunan və işlənilən ssenarilər əsasında tərtib olunacaqdır.
Festivalın konsepsiyası: İçəri Şəhər Günü - yerli əhali və şəhərin qonaqları arasında İçəri Şəhərin təbliqinə yönəldilən, İçəri Şəhər haqqında təsəvvürlərin dəyişdirilməsi , və onun sakinlərinin, ictimai təşkilatların və uşaqların qədim şəhərin qorunub saxlanılması prosesinə cəlb olunması məqsədi daşıyan kompleks tədbirlərdən ibarətdir.
Müsabiqə iki mərhələdən ibarətdir:
1-ci mərhələ: Müraciət edənlər festival ideyasını və ya ayrı-ayrı tədbirlərin qısa məzmununu təqdim etməlidir (məzmun istənilən formatda, 1-2 səhifəlik mətndən ibarət olmalıdır). Ərizələrin son qəbul günü: 17 noyabr, 2003-cü il, saat 17-00.
Açıq Cəmiyyət İnstitutu, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı-Azərbaycan nümayəndəliyi və Mədəni İrsin Qorunması Layihəsinin İşçi Qrupu nüməyəndələrdən ibarət səlahiyyətli komissiya ikinci mərhələyə buraxılmaq üçün ən maraqlı ideya və təkliflərin seçəcəkdir.
2-ci mərhələ: Mükafat 1-ci mərhələdə təqdim edilmiş qısa təkliflərin layihənin təfsilatı ilə işlənilməsi və festival proqramına daxil etmək üçün seçilən ən yaxşı təkləflərin müəlliflərinə veriləcək. Layihənin son qəbulu günü: 5 dekabr, 2003-cü il, saat 17-00.
Təkliflərin seçilmə meyarları:
- Festival tədbirlərinin təsvirinin maraqlı və cəlbedici olmasına diqqət yetirilməsi.
- İçəri Şəhər ərazisində yerləşən icma ilə mədəni maarifçilik tədbirlərinin təşkil edilməsində ənənələrin möhkəmləndirilməsinə yönəldilməsi
- Festival proqramının həyata keçirilməsində İçəri Şəhər sakinlərinin iştirakının göstərilməsi
- İçəri Şəhər sakinləri arasında yaradıcı insanların ictimai və şəxsi ifadəsi üçün şəraitin yaradılması
- Kütləvi tədbirlərin keçirilməsinə peşəkar yanaşma.
Maraq göstərən şəxslər və təşkilatlar təklif ərizələrini aşağıdakı ünvana təhvil verə bilərlər:
Bakı, İçəri Şəhər, Böyük Qala küçəsi, 19. Mədəniyyət Nazirliyinin Sərgi Salonu.
Tel.: 92 05 78. Həftənin 1, 2, 3 və 5-ci günləri saat 16-dan 18-dək, və ya 98 69 34 nömrəli faks ilə, "İçəri Şəhər Günü" festivalı başlığı altında.