MÜSABİQƏ
Şərq Şərq Proqramı
Ölkələrarası Əməkdaşlıq
Ərizə Tələbləri
Yanvar, 2002
Ərizə formasını yükləyin
Şərq Şərq Proqramı çərçivəsində maliyyələşdirilən layihələr aşağıdakılarla məhdudlaşmadan, seminarların və dəyirmi masaların keçirilməsini, işçi qrupların görüşlərinin təşkilini nəzərdə tutur.
Son müddət
Təkliflər yerli Açıq Cəmiyyət İnstitutu fondunda, yaxud da nümayəndəlik ofisində qiymətləndirilir. Bu qiymətləndirmədən sonra, həmin təkliflər nəzərdən keçirilmək üçün Budapeştdəki Açıq Cəmiyyət İnstitutunda fəaliyyət göstərən Şərq Şərq Proqramının idarə qrupuna təqdim olunur. Təkliflər idarə qrupuna layihənin icrasına başlanmazdan altı-səkkiz həftə əvvəl təqdim edilməlidir.
Maliyyə Yardımı
Şərq Şərq Proqramı layihənin həyata keçirilməsi üçün yeganə maliyyə mənbəyi olmamalıdır. Maliyyə mənbələri və təşkilatın töhfəsi ərizədə göstərilməlidir. Şərq Şərq Proqramı üzrə istifadə olunmamış pul vəsaitləri proqramın özünə qaytarılmalıdır.
Şərq Şərq Proqramı maliyyələşdirmir:
- ümumdünya qurultay və konfransları
- elmi konfransları
- fərdi araşdırma layihələrini
- incəsənət tədbirlərini
- kitab tərcüməsini və ya nəşrini
- infrastrukturların saxlanılması və inkişaf etdirilməsini
- biznes və ya kommersiya fəaliyyətini