MÜSABİQƏ
Şərq Şərq Proqramı çərçivəsində
layihələr üzrə
müsabiqə elan edir
Ərizə formasını yükləyin
Şərq Şərq proqramı vətəndaş cəmiyyətinin inkişafı sahəsində çalışan qeyri-hokümət təşkilatlarının beynəlxalq əməkdaşlığına dəstək verir. Proqramın məqsədi keçid dövrü cəmiyyətlərində ictimai yeniliklər sahəsində səmərəli iş və əməli təcrübələrin yayılması üçün birgə layihələri həyata keçirmək və bununla müxtəlif cəmiyyətlərdə bənzər problemlərin həlli üçün zəmin yaratmaqdır.
Müsabiqədə vətəndaş cəmiyyətinin və demokratik islahatların inkişafına yönəlmiş aşağıdakı mövzulara uyğun olaraq layihələr qəbul ediləcək:
- Avropaya inteqrasiya təcrübəsi və Azərbaycan (seminarlar, treninqlər)
- Şərqi Avropa ölkələrində demokratikləşmə təcrübəsi və Azərbaycan (seminarlar, treninqlər)
- QHT və yerli icmalar (seminarlar, treninqlər)
Soros fondları şəbəkəsi ölkələrindən xarici tərəfdaş təşkilatın olması şərtdir.
Şərqi Avropa ölkələrinin birində eyni sahədə çalışan təşkilatla birgə iş aparmağı nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihələr 2004-cü ilin dekabrın 10-dək qəbul ediləcəkdir
Layihələrin icrası 2004-cü ilin aprel ayından tez olmayaraq başlanmalıdır.
Müsabiqədə iştirakınıza görə öncədən təşəkkürümüzü bildiririk
Qeyd: Şərq Şərq proqramı əmək haqqı və avadanlığın verilməsini nəzərdə tutmur. Proqram haqqında əlavə məlumatı noyabrın 19-də ve 23-də saat 16.30-dan 17-30-dək proqramın koordinatoru Gülnura Mehdidən almaq olar.
Ərizəyə layihənin elektron versiyası A2 Arial AzLat font-u ilə əlavə olunmalıdır.
Ünvan:
Bakı, H. Əliyev küç., 117A, qəbul otağı, tel: 98 69 10, 98 69 33 (314)
Gəncə, Mirəli Qaşqay, 10, tel: 56 30 25, 56 30 26
Mingəçevir, D. Əliyeva küç., 1, tel: 5 47 86