|
|

xəbərlər toplusu
 |
 |
 |
 |

AÇIQ CƏMİYYƏT İNSTİTUTU - AZƏRBAYCAN YARDIM FONDU
"Səhiyyədə Təşəbbüslər və Reformalar" Proqramı
2005-ci il üçün aşağıdakı mövzular üzrə qrant müsabiqəsi elan edir
- Bələdiyyələrin ictimai səhiyyə siyasətinin formalaşması və reallaşmasında iştirakı
- Bələdiyyələr və icmanın ictimai səhiyyə sahəsində əməkdaşlığı
- KİV-in səhiyyə problemlərinin müzakirəsində iştirakı: treninqlər, ən yaxşı məqalə üçün müsabiqə
- Sağlamlığın milli dəyər kimi dərk edilməsi
- Sağlam davranış üzrə sual kitabçası tərtibi və sorğunun kesirilməsi; nəticələrin təqdimatı
- Səhiyyə haqqında qanunların icrasına ictimai nəzarətin gücləndirilməsi
- Tibbi xidmət istifadəçilərinin hüquqları: məlumatlandırma
- Tibbi xidmət istifadəçilərinin hüquqları etika və qanun baxımından
- Tibbi xidmət istifadəçilərinin hüquqları insan hüquqları kontekstində
- Peşəkar assosiasiyaların yaradılma təşəbbüslərinin dəstəklənməsi, müvafiq qanun və icra mexanizminin işlənilməsi
- Səhiyyə təşkilatlarının akkreditasiyası haqqında qanun layihəsinin işlənilməsi
- Sığorta haqqında qanunun implementasiya mexanizminin işlənilməsi; vergilər siyasətində reformaların müzakirəsi
- Səhiyyə idarəçilərinə qoyulan xüsusi tələb/meyarların işlənilməsi
- Privatizasiya idarəçiliyin ayrılmaz hissəsi kimi
- Kliniki və müalicə protokollarının, diaqnostika və müalicə standartların işlənilməsi
Ərizələr çap və elektron şəklində, təşkilatlar tərəfindən, büdcəsi 10000 ABŞ dolları çərçivəsində, 2005-ci il, 12 May tarixi 17.00-a qədər aşağıdakı ünvanda qeydiyyatdan keçirilməlidirlər:
Əlavə məlumat üçün: proqram əlaqələndiricisi İmanova Leyla, 4412722 (daxili nömrə 213);
E-mail: limanova@osi-az.org
Ünvan:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu
Həsən Əliyev 117A
Bakı AZ1110
Tel. 4412722, 4986910, 4986933
Faks: 4986934
|
|
 |
|