Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Təhsil  
 Gənc Təşəbbüskarlara Yardım Proqramı


Arxiv  
 Programlar
 Addım-Addım
Tənqidi Təfəkkürün İnkişafı üçün Mütaliə və Yazı
 Vətəndəşlıq Tədrisi
 Dərsliklərin Nəşri
 İngilis Dili Tədrisi
 Təhsildə İKT-nin İstifadəsi
Debatlar
 Ali Təhsilə Dəstək Proqrami
 Təhsil Məlumat Mərkəzləri
 Təqaüd Proqramı
 Səhiyyə Təhsili
 Tətbiqi İqtisadiyyatın Tədrisi
 Statistika
 Əlaqə










Tənqidi Təfəkkürün İnkişafı üçün Mütaliə və Yazı (TTİMY)

Məqsədlər

    TTİMY layihəsi müəllimlərə təhlil prinsipinə əsaslanan tədris metodlarını təqdim edir. Bu metodlar şagirdlərə analitik təfəkkürə sahib olmaq, təhsilə məsuliyyətlə yanaşmaq, müzakirələr zamanı məntiqi anlamaq, diqqətlə dinləmək, inamla müzakirə aparmaq və müstəqil, hər zaman biliyə mel atan insan olmaqa yardım göstərmək üçün işlənilib.
1999-2003-cü illərdə nailiyyətlər
  • Proqramın başlanğıcından yerli TTİMY instruktorları və beynəlxalq könüllülər tərəfindən keçirilən seminar və sessiyalarda 480 nəfər orta və ali məktəb müəllimi təlim keçib.
  • Bundan əlavə, 2001-2002-ci tədris ilinin axırına qədər 180 müəllim və tələbə təlim kursu keçib.
  • 24 seminar instruktorundan əlavə, hal-hazırda proqramın bir çox təsdiq edilmış TTİMY mütəxxəsisi orta və ali məktəblərdə proqram çərçivəsində iş aparır.
  • Təlim kurslarını keçən müəllimlərin hesabatları göstərir ki, onlar TTİMY prinsip və metodlarını öz həmkarlarına ötürüblər və beləliklə proqramın yayılmasına yardım ediblər.
  • Proqramın ali məktəbdə tətbiqi başlanıb
  • Addım –Addım proqramı ilə əməkdaşlıq qurulub və ümumi fəaliyyət strategiyaları işlənib hazırlanıb
  • Dərslik müəllifləri üçün treninqlər keçirilib
  • TTİMY proqramının Bakı Baş Təhsil İdarəsi tərəfindən Azərbaycan təhsil sistemində rolu qeyd edilib.
Fəaliyyət
İnstitutlar

    Azərbaycanda TTİMY proqramı 3 müəllimləri təkmilləşdirmə institutu, 3 universitet, 3 kollec və onlarla orta məktəbində həyata keçirilir.
    TTİMY işçiləri Azərbaycan Müəllimlər İnstitutunda, Aəzərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində, Lənkaran Dövlət Universitetində, Naxçıvan müəllimlər İnstitutunda, Şəki Pedaqoji Kollecində bir neçə təlim kursu keçirməyi planlaşdırır.


Proqram üçün seminar instruktorlarının hazırlanması

Məqsəd
    Sertifikasiya prosedurlarından keçdikcə seminar instruktorları müvafiq olaraq TTİMY müəllimi, instruktoru və ya təsdiqçisi sertifikatı alır. Bu sertifikat onlara beynəlxalq səviyyədə tanınmış instruktor və ya təsdiqçi statusu verir.
Fəaliyyət
    Məşğələ instruktoru sertifikatını almaq üçün TTİMY iştirakçısı
    • müvəffəqiyyətlə TTİMY məşğələləri keçirən dəstələrin üzvü olmalı, tədbir planlarını, tələbələrin rəyi və onların biliklərinin qiymətləndirilməsi haqqında hesabatları, müəllimin öz işini qiymətləndirilməsi hesabatı, istifadə edilmış resursların siyahısını, müəllimin iş nümunələri (məsələn, tədris planları) və ya onun proqramın tətbiqi haqqında rəyi, tələbələrin iş nümunələrini hazırlayıb təqdim etməlidir
    • altı- və ya səkkizgünlük təhsil kursunu keçməlidir.
    • hər ay ümumi problemlərin müzakirəsi, fikir mübadiləsi və gələcək planların hazırlanması məqsədilə əhatə edilən qrupların görüşlərini təşkil etməlidir.


"Ümumməktəb hərəkatı"

Hərəkatın əsas prinsipləri
    İşlədiyi məktəblərin tədris mühitini yaxşılaşdırmaq qabiliyyətinə malik olan TTİMY müəllimlərinin sayını artırmaq.
Məqsədlər
  • Proqrama daha çox müəllim cəlb etmək üçün nümunəvi TTİMY məktəbi rolunu oynamaq.
  • Təhsil nazirliyinin təsdiqinə təqdim etmək üçün proqramın qiymətləndirilməsi hesabatının hazırlamaq.
  • Başqa məktəblərin müəllimləri, tədqiqatçılar və s. üçün nümayiş mərkəzi kimi işləmək.
Fəaliyyət
  • TTİMY prinsiplərini məktəb mühitində tətbiq etmək üçün hərəkata Bakının və Şamaxının üç məktəbi cəlb edilmişdir.
  • "Addım-addım" proqramının tətbiq olunduğu məktəblərin sayından prioritetli UMH məktəbləri seçiləçək.


Ali təhsil

Məqsədlər
    Təşkilatların layihədə iştirakını genişləndirmək və uzunmüddətli sabitlik üçün şərait yaradmaq məqsədilə TTİMY metodlarını ali məktəblərdə tətbiq etmək.
Fəaliyyət
  • Azərbaycan Müəllimlər İnstitutunda, Aəzərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Pedaqoji Kollecində, Lənkaran Dövlət Universitetində, Naxçıvan müəllimlər İnstitutunda, Şəki Pedaqoji Kollecində müəllimlər üçün treninqlərin keçirilməsi.
  • Həmin ali məktəblərdə monitorinqlərin keçirilməsi.


Tədqiqatlar

Məqsəd
    Gələcək və işləyən müəllimlər və alimlər üçün faydalı olan tədqiqat işlərinin inkişaf etdirilməsi üçün TTİMY prinsiplərinin istifadəsi.
Fəaliyyət
    İki TTİMY müəllimi tənqidi təfəkkür mövzusunda dissertasiya hazırlayır.
    • Bakı müəllimlərin təkmilləşdirilməsi institutunun metodisti "Tənqidi təfəkkür prinsiplərinin istifadəsi ilə coğrafiyanın tədrisi" mövzusunda tədqiqat kağızı hazırlayır.
    • Sumqayıt pedaqoji institutunun müəllimi "TTİMY proqramına əsaslanan yeni təhsil metodikaları" mövzusunda dissertasiya üzərində işləyir.


Yerli nəşrlər

Məqsədlər:
    Ölkənin təhsilə aid informasiya vasitələrinə olan təlabatını ödəmək - "Düşünən sinif" jurnalı təhsil sahəsində işləyən dairələrdə yüksək qiymətləndirildi.
Fəaliyyət
  • 2001-ci ilin may ayında TTİMY proqramı "Düşünən sinif" jurnalının ilk, Azərbaycan dilində tərtib olunmuş nüsxəsini buraxdı.
  • Gələcək buraxılışlara daxil olunan materialların 70% beynəlxalq versiyada istifadə olunan, 30% isə yerli məqalələr olaçaq.
  • Jurnalın ikinci, üçüncü və dördünçü buraxılışlarının 2004 –cü ildə çap edilməsi planlaşdırılır.


Ümummilli konfransı

Məqsədlər
    Proqramın nəaliyyətlərini, əldə edilmış statistik məlumatları və institutlaşdırmaya aid planlarını müzakirə etmək üçün TTİMY konfransı keçiriləcək.
Fəaliyyət
    Proqram ölkə konfransını 2004-cü ilin may ayında təşkil etməyə planlaşdırır. Konfransın gündəliyi və dəvət olunacaq qonaqlar haqqında məlumat bir qədər sonra açıqlanacaq.


Müasir didaktika mərkəzi

Fəaliyyət
    2002 ildə yaradılan "Müasir didaktika mərkəzi" TTİMY müəllimləri üçün resurs mərkəzi kimi fəaliyyət göstərir. Burada onlar İnternetə qoşulmuş kompüterlərdən, kitabxananın soraq materiallarından istifadə etmək, elektron forum vasitəsilə fikir mübadiləsi etmək və s. İmkanları əldə edə bilərlər. Müəllimlər burada həmçinin məşğələləri və aylıq görüşləri planlaşdırmaq üçün, məlumatların üzərində işləmək üçün də yığışırlar.
2004-ci ildə görüləcək işlər
  • TTİMY proqramını ali məktəblərdə tətbiq etmək (Azərbaycan Müəllimlər İnstitutunda, Aəzərbaycan Dövlət Pedaqoji Universitetində , Azərbaycan Dövlət Pedaqoji Kollecində , Lənkaran Dövlət Universitetində , Naxçıvan müəllimlər İnstitutunda , Şəki Pedaqoji Kollecində)
  • TTİMY tədris proqramını pedaqoji ali məktəblərdə tətbiq etmək.
  • Təcrübə mübadiləsi aparmaq məqsədi ilə ali məktəblərin müəllimləri ilə iki ayda bir dəfə görüşlərin keçirilməsi
  • Ali məktəblərdə yerləşən Resurs mərkəzlərin işini qiymətləndirmək məqsədi ilə meyyarların işlənib hazırlanması , monitorinq qrupunun təşkili və monitorinqin keçirilməsi
  • "Addım-addım" proqramı həyata keçirildiyi məktəblərdə "Ümumməktəb hərəkatını" başlamaq.
  • TTİMY proqramının I,II,III mərhələsinin müəllimləri üçün aylıq görüşlərin keçirilməsi
  • TTİMY proqramının I,II,III mərhələsinin müəllimləri ilə sertifikasiya prosesinin davam etdirilməsi
  • Bağça, orta və ali məktəb arasında əlaqənin qurulması və Addım –Addım, TTİMY proqramlarının şəbəkəsinin yaradılması (Tələbələrin Addım-Addım proqramı tətbiq edilən bağça və orta məktəblərdə təcrübə keçmələrinə nail olmaq, mütamadi olaraq treninq mərkəzlərinin və resurs mərkəzlərinin əməkdaşları ilə toplantıların keçirilməsivə s. )
  • TTİMY proqramı üzrə yerli jurnalın çap edilməsi
  • Dərslik müəllifləri üçün treninqlərin keçirilməsi
  • Təcrübə mübadiləsi məqsədi ilə TTİMY proqramının nümayəndələrinin diğər ölkələrə ezamiyyəsi


Partnyor təşkilatlar

Ali məktəblər:
    Bakı:
      Təhsil Nazirliyi
    • Bakı Baş Təhsil İdarəsi
    • Təhsil üzrə Problemlər İnstitutu
    • Dünya Bankı
    • Azərbaycan Müəllimlər İnstitutu
    • Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
    • UNICEF
    • Azərbaycan pedaqoji institutu
    • Bakı müəllimlərin təkmilləşdirilməsi institutu
    • Azərbaycan Dillər Universiteti
    • Azərbaycan Dövlət Pedaqoji Universiteti
    • Slavyan Dilləri universiteti
    Sumqayıt:
    • Sümqayıt Pedaqoji Seminariyası
    Lənkaran:
    • Lənkaran Dövlət Universiteti

Orta məktəblər:
    Bakı: - 24 orta məktəb (iki "Ümumməktəb hərəkatı" məktəbi)
    Sumqayıt: - 15 məktəb
    Şamaxı - 1 məktəb ("Ümumməktəb hərəkatı" məktəbi)
    Mingəçevir: - 2 məktəb


Proqramda iştirak edən müəllimlərin rəyləri
    "TTİMY proqramında birillik iştirak mənim üçün on beş il iş təcrübəsindən effektiv oldu."
    "Mən ali təhsilli və 30 il iş təçrübəli bir peşəkaram. Proqramda iştirak mənim üçün daha bir ali təhsilə bərabar oldu".
    "Şagirdlər həqiqətən proqrama yaxşı yanaşdılar. Onlar, TTİMY haqqında məktəbin bütün müəllimlərinə danışır, TTİMY metodlarınından dərs zamanı istifadə etməyi xahiş edirdirlər."


webmaster@osi-az.org