"Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin monitorinq problemləri" mövzusunda seminar ilə bağlı
MƏLUMAT
11-mart 2004-cü il tarixində Avropa mehmanxanasında "Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin monitorinq problemləri" mövzusunda seminar keçirildi. Seminar Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Neft Gəlirləri və İctimai Maliyyə Şəffaflığı proqramı çərçivəsində həyata keçirilmişdir.
Seminarın məqsədləri:
- monitorinq obyektlərinin
- monitorinq metodologiyasının və
- neft şirkətləri ilə əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi idi.
Seminar əsnasında
- Bakı-Tbilsi-Ceyhan neft boru kəmərinin monitorinq prosesinə "ümumi baxış" formalaşdırmaq;
- Neft şirkətləri ilə əməkdaşlığın yeni imkanlarını və şərtlərini müzakirə və təhlil etmək;
- Çad-Kamerun neft boru kəmərinin monitorinqi təcrübəsinin müzakirəsi nəzərdə tutulmuşdur.
Seminarda ACİ-YF, BP, CRS kimi beynəlxalq qurumlardan başqa 70-ə yaxın QHT-nın nümayəndələri iştirak edirdi. Seminarda ACİ-YF-nun İdarə Heyətinin sədri Sabit Bağırov, İcraçı Direktoru Fərda Əsədov, CRS təşkilatının nümayəndəsi Cek Birn və BP-nin nümayəndəsi Elizabet Uayld mövzuyla əlaqədar çıxışlar etdilər. Xanım Uayldın xüsusi diqqət doğuran çıxışı neft kəmərinin daxili (yəni BTC və BP çərçivəsində) və xarici (dövlət, QHT-ları, vətəndaşların məsləhət şuraları tərəfindən həyata keçirilən) monitorinqinə həsr olunmuşdu və iştirakçılara bu prosesdə yerli QHT-larının xüsusi rolu haqda məlumat verirdi. Materialın orijinallığı bir çox dinləyici suallarına səbəb oldu və mühazirə nəzərdə tutulmuş müddətdən iki dəfə artıq uzandı.
Cənab Cek Birn öz növbəsində qeyd etdi ki, buna bənzər monitorinq CRS tərəfindən Kamerunda həyata keçirilmişdir və orada neft kəməri tikintisinin təbii və sosial mühitə təsirinin öyrənilməsinə yerli icmaların nümayəndələri cəlb olunmuşdu. Cənab Birn təcrübə əsasında aşağıdakı tövsiyələrin meydana çıxdığını qeyd etdi:
- Cəmiyyətin bu layihədə marağı olan müxtəlif təbəqələri arasında mübadilə mexanizmi yaratmaq;
- Nəzarət işini üç əsas istiqamətdə cəmləşdirmək:
- neft kəmərinin ekologiyaya və tarixi abidələrin saxlanılmasına təsiri;
- neft kəmərinin yerli əhaliyə təsiri;
- layihə tamamlandıqdan sonra yerli resusların inkişafı.
Çad-Kamerun boru neft kəmərinin monitorinq təcrübəsinə əsaslanaraq cənab Birn iki əsas monitorinq növünü (1) neft kəmərinin monitorinqi, (2) neft gəlirlərinin monitorinqini qeyd etdi. O, həmçinin monitorinq obyektinin müəyyən olunmasının vacibliyi ilə yanaşı, monitorinqin daima və ara vermədən aparılmasının vacibliyini də xüsusi vurğuladı.
Demək olar ki, bütün iştirakçılar uğurlu monitorinq üçün dövlət orqanları, neft şirkətləri və bu sahədə təcrübəsi olan təşkilatlar arasında sıx əməkdaşlığın zəruriliyi haqqında razılığa gəldilər. BTC layihəsinini təkmilləşdirilməsi, həmçinin kəmər ərazisinə giriş icazəsi və lazımi məlumatlar əldə etmək üçün, hər şeydən əvvəl BP şirkəti ilə sıx əməkdaşlıq və ortaq inam anlayışı olmalıdır.
Metodlar və Vasitələr.
Dəyirmə masa qruplarının mövzuları:
- ətraf mühit;
- yerli əhalinin işlə təmin olunması və yerli biznesin cəlb olunması;
- sosial problemlər və insan haqları;
- tarixi abidələr və arxeoloji tapıntıların qorunması
Qrup işinin nəticələri sxem və tezislər halında flip-çartlar üzərində təqdim olundu.
Ətraf mühitin müdafiəsi mövzusunda olan dəyirmi masa qrupu monitorinqin obyekti ilə yanaşı predmetini də müəyyən etdi. Ətraf mühitin monitorinqinin predmetinə aşağıdakılar daxil edildi:
- Torpaqların istifadəsi və rekultivasiyası
- Fauna və flora
- Su (axıntı və çaylar)
- Fiziki çirklənmə
- Hava tullantıları
- Tullantılar
- Fövqəladə hallar
Seminar əsnasında monitorinqin effektiv təşkili və icrası ilə bağlı bir sıra fikirlər səsləndi. Onlardan ən aktual olanları üç başlıq altında aşağıda təqdim olunur. Bunlar hər mövzu üzrə monitorinqin obyekti, metodologiyası və neft şirkətləri ilə əməkdaşlıq perspektivləri haqqında fikirlərdən ibarətdir.
- Ətraf mühit
Monitorinqin obyekti
- Terminal (giriş-çıxış) *
- Boru kəmərləri *
- Tikinti və mühafizə zolağları *
- Nasos stansiyaları
- İşçi şəhərçuyü
- Radiostansiya
Monitorinqin metodologiyası
- Sənədlərin öyrənilməsi və standartlar
- Yerli icmaların öyrədilməsi və işə cəlb olunması
- Vizual (hesablama)
- İnstrumental
- Sorğu keçirilməsi
- Regional təcrübə mübadiləsi
- İnformasiya veb-səhifəsinin hazırlanması
Neft şirkətləri ilə əməkdaşlıq
- Sənədlərin təqdim olunması
- Müstəqil ekspertiza üçün şəraitin yaradılması
- Tikinti və istismar zaman mütamadi olaraq ictimaiyyətin məlumatlandırılması
- KİV-dən geniş istifadə edilməsi
- Mühum ekoloji sənədlərin yerli dilə tərcüməsi və yayılması
- QHT-nın BTC obyektlərinə girişi prosedurasının hazırlanması
- BTC-nın ekologiya və təhlükəsizliyə cavabdeh şəxslərlə QHT arasında səmərəli, işgüzar əlaqələrin formalaşması
- Regional forum (BTC, Azərbaycan-Gürcüstan-Türkiyə)
- Azərbaycanın ekologiya sahəsində daxili və xarici siyasətinə əməl olunması.
- Yerli əhalinin işlə təmin olunması və yerli biznesin cəlb olunması
Monitorinqin predmeti
- Kontraktın yerli işçilərdən istifadəyə dair öhdəliklərin monitorinqi
- Kontraktan əlavə yerli işçilərdən istifadə
- Kontraktdakı şərtlərin subpodratçılarla müqavilədə öz əksini tapmasına nəzarət
- Layihəylə əlaqədar olaraq itirilmiş iş yerlərinin üzərində nəzarət
- İşə qəbul prosesi üzərində şəffaflığın təmin olunması
- Gürcüstan və Türkiyə ilə müqayisələr
- Gələcəkdə boru kəmərin tikildikdən sonra iş yerlərinin bağlanması ilə əlagədar BP-nin insanları işlə təmin edilməsinin monitorinqi
- Təkmilləşdirmə üzərində nəzarət
- Yerli xidmətlərdən və mallardan istifadə olunması
- Cəlb olunan yerli işçilərin keyfiyyət (peşəkarlıq) baxımından monitorinqi
Monitorinqin metodologiyası
- Rəsmi məlumatların toplanması
- Rəsmi məlumatla yoxlamalar
- Tenderin şəffaflığı üzərində nəzarət
- İctimai müzakirələr
- Bələdiyyələrlə əməkdaşlıq
- İşəgötürmə prosesi və monitorinq üzərində nəzarət
- Müqavilələrə və kadr axıcıllığına nəzarət
- İşçilərlə pozulan mügavilələr üzərində nəzarət
- Təsir zonasında bərpa olunmuş torpaqdan istifadəyə məhdudiyyətlə bağlı monitorinq
- Sosial problemlər və insan haqları
Monitorinqin predmeti
- İstehlakçı hüquları (kontraktların təhlili)
- Bütün mövcud kontraktların Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğunluğun monitorinqi *
- Mülkiyyətçilərin torpaq və əmlak hüququ
- İşçilərin hüquqları (əmək haqqı, sığorta və s.)
- Torpaq mülkiyyəti ilə bağlı problemlər
- Sosial investisiya proqramı sahəsində BTC-nın üzərinə götürdüyü öhdəliklərin monitorinqi *
- Sosial investisiya proqramın vəsaitinin sərf olunması üzərində monitorinq *
- Yerli işçilərin işə qəbulu, o cumlədən kəmərin keçdiyi ərazilərdə yaşayan sakinlərin işlə təmin olunması
- Kəmərin keçdiyi ərazilərdə sosial investisiya problemləri
- Yerli işçilərə münasibətdə ayrı seçkiliyin mövcudluğu
- Layihənin demoqrafik situasiyaya təsiri
- Korrupsiya problemləri: işə götürmədə, torpaq alışında, yerli icra hakimiyyəti ilə bağlı problemlər
- Sağlamlıq hüququnun təmin olunması
- Torpaqdan məhdud istifadə hüququnun vəziyyəti
- Boru sisteminin fəaliyyəti ilə bağlı informasiya alınma təminatı
- Birləşmək hüququnun təminatı *
- Hüquqi yardımın vəziyyəti
- Hüquqların məhkəmə təminatı
- Sosial cəhətdən zəif təbəqələrin hüquqlarının təmin olunması
- Uşaq hüquqlarının vəziyyəti
Monitorinqin metodologiyası
- Müqavilələrin və başqa normativ sənədlərin müqayisəli analizi
- Sorğular, intervyu, ekspert rəyləri
- Benefisiarlarla görüşlər
- Tədqiqat analizləri
- KİV-nin analizi
- Qaynar xətt
- Əhalinin maarifləndirilməsi
- Fokus qruplarının müəyyənləşdirilməsi və onlarla iş
- İctimai fəaliyyət
- Hüquqi fəaliyyət
Neft şirkətləri ilə əməkdaşlıq
- İnformasiya mübadiləsinə hazırlıq
- Obyektlərə girişin təmin olunması
- Çatışmamazlıqların aradan götürülməsi üzrə birgə fəaliyyətin təmin olunması
- Sosial problemlər və insan haqları üzrə tam şəffaflığın təmin olunması
- Birğə tədbirlərin keçirilməsi
- Tarixi abidələr və arxeoloji tapıntıların qorunması
Monitorinqin predmeti
- Boru kəməri boyu abidələr reqistrı , abidələrin öyrənilməsi və qorunması
- Arxeoloji qazıntı zonalarının qorunması *
- Qədim Gəncə şəhər xarabalığı
- Hacıqabul
- Qobustan
- Çay axarları boyu nekropollar və kurqanlar
- Tapıntıların toplanması və qorunması
- Səma altında muzeylərin yaradılması
- Tapıntıların qeydiyyatı və mütəxəssislərə çatdırılması
- Maddi-mədəniyyət landşaftın qorunması
- Əhalinin tarixi mirasın qorunması haqda maarifləndirilməsi *
- Qəza hallarında abidələrin qorunması
Monitorinqin metodologiyası
- BTC-nın məsuliyyətlərinin öyrənilməsi
- Mövcud və yeni aşkar edilmiş abidələrin dəyərləndirilməsi
- Kəmər boyu xüsusi rejim sahələrinə monitorinq qruplarının buraxılması
- Kəmərin artıq çəkilmiş hissələrində tapıntılar haqda hesabatların öyrənilməsi
- Vizual materiallarının hazırlanması (elektrik resurslar, CD, video, foto materiallar)
- BP və monitorinq qrupları arasında mübadilə və dəqiqləşmələrin müntəzəm aparılması;
- Hesabatların yayılması
- Açıq Debatların aparılması
* Ulduzla işarə olunanlar iştirakçılar tərəfindən aktuallığına görə ən çox səs toplayan monitorinq obyektləridir
Neft şirkətləri ilə əməkdaşlıq
Neft şirkəti monitorinq üçün nəyi təmin etməlidir?
- Monitorinq sahəsinə giriş hüququ üçün monitorinq qrupunun qeydə alınması
- Foto və video çəkilişin aparılmasına icazə
- Nəqliyyatın təmin olunması
- Monitorinq qrupunun monitorinq zonasında ehtiyac olarsa yerləşdirilməsi
- BTC tərəfindən monitorinqə aidiyyatı olan hesabatların və müvafiq sənədlərin təmin olunması
- BTC-nın hesabatlarına monitorinq nəticələrinin və tövsiyələrinin daxil edilməsi
İştirakçıların göstərdikləri böyuk maraq və fəallıq sayəsində monitorinq ilə əlaqədar bir çox aktual və vacib problemlərə aydınlıq gətirmək mümkün olmuşdur. Seminar təşkilatçıları bütün iştirakçılara dərin minnətdarlığını bildirir və Bakı-Tbilisi-Ceyxan layihəsinin effektiv monitorinqi istiqamətində əməkdaşlığın inkişafına ümid edir.
Seyfi Qasilov
ACİ-YF