İctimai Vəsaitin Monitorinqi Mərkəzi
 |
19, 20 və 21 noyabr tarixlərdə İcmalçılar üçün Neft Sərvətinin mətbuatda İşıqlandırılmasına dair keçiriləcək Seminar |
 |
Address: 69, Fizuly str., Baku 370601, Azerbaijan
Phone/Fax: +(99412) 973172, 992014, 973089
E-mail: iakhmedov@online.az, farid@pfmc.az
www.pfmc.az |
Təxminən 25 Azərbaycan və Gürcüstan icmalçısı 19, 20 və 21 noyabr tarixlərdə "Neft Sərvətinin Mətbuatda İşıqlandırılmasına" dair kerçiriləcək seminarda iştirak edəcək. Həmin tədbir Siyasi Dialoq üzrə Təşəbbüs Qrupu, əsası Nyu-York şəhərində Kolumbiya Universitetində qoyulan beynəlxalq iqtisadçılar şəbəkəsi və İctimai Vəsaitin Monitorinqi Mərkəzi tərəfindən təşkil olunur.
Xatırladılan natiqlərin sırasına Nobel Mükafatı Laureatı Cozef E.Stiqlits, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru cənab İnqilab Əhmədov, Kolumbiya Universitetinin adyunkt-professoru Cenik Radon, Azərbaycanlı iqtisadçı Nazim İmanov, Azərbaycanda Beynəlxalq Şəffaflıq Şurasının sədri Sabit Bağırov və Dünya Bankının iqtisadçısı Emin Hüseynov daxildir.
Bu Konfrans icmalçılara təbii sərvətlərin Azərbaycana göstərə biləcəyi təsirlərinin öz mətbuat səhifələrində işıqlandırılması imkanlarının genişləndirilməsində yardım göstərmək, yüksək şəffaflıq və birgə idarəçilik üzrə yaranan ehtiyaclar barədə məlumatlanmanı artırmaq məqsədilə keçirilir.
"Azərbaycan dörd yol ayrıcındadır və biz həqiqətən də hökumətin və vətəndaş cəmiyyətinin hamıya yardımçı ola biləcək inkişafa təkan vermək üçün neft sərvətindən əldə olunan pullardan necə istifadə oluna bilməsi ilə bağlı sağlam qərarlar vermək üçün birgə çalışmalarına ümid bəsləyirik"- deyə, professor Cozef E.Stiqlits bildirmişdi. Stiqlitz noyabrın 19-da, çərşənbə axşamı açılış nitqi ilə çıxış edəcək.
Neft sərvətinin idarə olunması inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə ümdə problemlərdən biridir. Böyük gəlirlər əldə etmək imkanlarına baxmayaraq, təbii ehtiyatlara malik əksər ölkələr bu gəlirləri davamlı iqtisadi inkişafa, bəşəri imkanların və demokratiyanın çiçəklənməsinə yönəldə bilməmişlər. Jurnalistlər Azərbaycanın neft və qaz sərvətinin idarə olunmasında yaranan problemləri və nəzərəçarpan irəliləyişləri ictimaiyyətə çatdıra bilsinlər deyə, onların bu problemləri dərk etmələri vacib əhəmiyyət kəsb edir. Dövlətlərin yüksək inflyasiya və aşağı inkişaf kimi makroiqtisadi tənasübsüzlük, ehtiyatlardan qeyri-səmərəli istifadə, gəlirlərin qeyri-bərabərliyi və korrupsiya faktlarını təhrif etmədən iri gəlirlərin daxil olması məslələri ilə necə məşğul ola bilmələri qərarını qəbul etmələrinə ehtiyac duyulur.
Seminarda iştirak edən icmalçılar neft sərvətlərinin digər ölkələrə necə təsir etməsi barədə aparılan müzakirələrdə iştirak edəcək və digər ölkələrin həmin inkişaf problemlərinin öhdəsindən necə gəlmiş olduqlarını öyrənəcəklər.
"Biz Azərbaycan və Gürcüstan icmalçılarını belə bir dərin təəssürat bağışlayan konfransa dəvət etməkdən məmnunluq duyuruq" -, deyə, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov bildirmişdir. "Biz əminik ki, bu görüş Azərbaycan üçün başlıca əhəmiyyət kəsb edən bir sıra məsələlərə aydınlıq gətirəcək".
Tədbir 19, 20 və 21 noyabrda Bakıda keçiriləcək. Bu tədbir Caspian Revenue Watch təşkilatı tərəfindən planlaşdırılmış çoxsaylı seminar və görüşlərin bir hissəsidir. CRW Açıq Cəmiyyət İnstitutunun bir hissəsidir və iyun ayında "Xəzərin Neft Gəlirləri: qazanan kim olacaq?" adlı bir hesabat dərc etmişdir (Həmin hesabatı www.eurasianet.org/caspian.oil.windfalls İnternet səhifəsindən əldə etmək olar).
İctimai Vəsaitin Monitorinqi Mərkəzi görüşün maddi-texniki təchizat məsələlərinin həlli, yerli icmalçıların iştiraka dəvət olunmasının təşkil edilməsi üçün məsuliyyət daşımışdır. İPD-nin jurnalistikada treyninq məsələləri üzrə direktoru Anya Şiffrin proqramı hazırlamış, qonaq qismində çıxış edəcək natiqləri dəvət etmiş və növbəti əlavə fəaliyyətlər üçün məsuliyyət daşıyacaq. İPD-nin www.journalismtraining.net İnternet səhifəsində əldə oluna biləcək maliyyə və iqtisadiyyat məsələlərini işıqlandıran jurnalistlər üçün bir vebsayta malikdir, Vyetnamda, Moldovada, Amerika Birləşmiş Ştatlarında icmalçılar üçün serminarlar keçirmişdir.
Bu tədbir ATƏT, Açıq Cəmiyyət İnstitutu (Şərq-Şərq və Şəbəkə Media Proqramlarının təmənnasız yardımı sayəsində) və Siyasi Dialoqlara Təşəbbüs Qrupu tərəfindən maliyyələşdirilir.