İctimai Vəsaitin Monitorinqi Mərkəzi
 |
19, 20 və 21 noyabr tarixlərdə İcmalçılar üçün Neft Sərvətinin mətbuatda İşıqlandırılmasına dair keçiriləcək Seminar |
 |
Address: 69, Fizuly str., Baku 370601, Azerbaijan
Phone/Fax: +(99412) 973172, 992014, 973089
E-mail: iakhmedov@online.az, farid@pfmc.az
www.pfmc.az |
20 noyabr - İnqilab Əhmədov və Keyt Klark cümə axşamı keçirilən görüşdə bildirdilər ki, şəffaflığın Azərbaycanda hökumət büdcəsinin yaradılmasında və həyata keçirilməsində tətbiq olunduğunu nəzərə alaraq inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Neft sərvətinin mətbuatda işıqlandırılmasına və onun inkişafla bağlı malik olduğu təsirə dair icmalçılar üçün keçirilən üçgünlük seminarın ikinci günündə çıxış edərkən, Klark yaxşı idarəetmə və müasirləşdirilmiş təchizat sistemlərinin, habelə mülki xidmətlər sahəsində islahatların inkişaf etdirilməsi zərurətini xüsusi olaraq vurğuladı. O, eyni zamanda hökumətin mühasibat uçotu prosedurlarında, ictimai-dövlət xərclərinin idarə olunmasında şəffaflığın zəruriliyini vurğulamışdır.
"İctimaiyyətin müəyyən dairələrinin" islahatların həyata keçirilməsi məqsədilə hökumət tədbirlərinə qatılması, onlara etimad göstərilməsi və yeni strateji təşəbbüslər maliyyə prosesinin şəffaflığına sirayət etmiş olacaq"– deyə, o,bildirdi.
Klark Azərbaycanın Maliyyə Nazirliyinin ABŞ Maliyyə Nazirliyindən olan rezident büdcə məsləhətçisidir. Onun ABŞ-ın dövlət və yerli idarəetmə orqanlarında 30 ildən yuxarı iş təcrübəsi var.
Bu tədbir əsası Nyu-York şəhərində Kolumbiya Universitetində beynəlxalq iqtisadçılar şəbəkəsi, Siyasi Dialoqa Təşəbbüs Qrupu və Bakıda fəaliyyət göstərən İctimai Vəsaitin Monitorinqi Mərkəzi tərəfindən təşkil edilir.
İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru Əhmədov həm də neft sərvətinin Azərbaycan iqtisadiyyatı ilə əlaqədar yaratmış olduğu bir sıra üstün və qeyri-üstün cəhətlərin ümumi icmalını vermişdir. O, xəbərdarlıq edərək bildirmişdir ki, sərvət axımı faydalı ola bilər, onun ikincili təsirləri isə, Azərbaycan valyutasının güclənməsinə, korrupsiyanın artmasına gətirib çıxara bilər.
"Neft sektoru üzərində qurulan iqtisadiyyatın birtərəfli inkişafı Azərbaycan üçün problemli ola bilər. Əgər biz bu təbii sərvətə malik olmasaydıq, vəziyyət daha da pis şəkil almış olardı"-deyə, Əhmədov bildirmişdir.
Seminarda iştirak edən digər natiqlər Nobel Mükafatı Laureatı Cozef E. Stiqlits, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Nümayəndəliyinin sədri Sabit Bağırov, Azərbaycanlı iqtisadçı Nazim İmanov idi. Təxminən 25 Azərbaycan və Gürcüstan jurnalisti tədbirdə iştirak edirdi. Müzakirələr İstanbul Bahceşehir Universitetinin Professoru Sahin Alpay və İstanbulda fəaliyyət göstərən jurnalist Endrü Finkel tərəfindən aparılmışdır.
Bu konfrans icmalçılara təbii sərvətlərin Azərbaycana edə biləcək təsirlərinin mətbuatda işıqlandırılması imkanlarını genişləndirməkdə kömək etmək, yüksək şəffaflığın və birgə idarəetmənin inkişaf etdirilməsi zərurəti ilə bağlı məlumatlılığı artırmaq məqsədilə keçirilir.
Bu ehtiyatlara malik olmaqda kifayət qədər xoşbəxt, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr üçün bir problemdir.
Dövlətlərin yüksək inflyasiya və aşağı inkişaf kimi makroiqtisadi tənasübsüzlük, ehtiyatlardan qeyri-səmərəli istifadə, gəlirlərin qeyri-bərabərliyi və korrupsiya faktlarını təhrif etmədən iri gəlirlərin daxil olması məslələri ilə necə məşğul ola bilmələri qərarını qəbul etmələrinə ehtiyac duyulur. Seminarda iştirak edən icmalçılar neft sərvətlərinin digər ölkələrə necə təsir etməsi barədə aparılan müzakirələrdə iştirak edəcək və digər ölkələrin həmin inkişaf problemlərinin öhdəsindən necə gəlmiş olduqlarını öyrənəcəklər.
Tədbir 19, 20 və 21 noyabrda Bakıda keçiriləcək. Bu tədbir Caspian Revenue Watch təşkilatı tərəfindən planlaşdırılmış çoxsaylı seminar və görüşlərin bir hissəsidir. CRW Açıq Cəmiyyət İnstitutunun bir hissəsidir və iyun ayında "Xəzərin Neft Gəlirləri: qazanan kim olacaq?" adlı bir hesabat dərc etmişdir (Həmin hesabatı www.eurasianet.org/caspian.oil.windfalls İnternet səhifəsindən əldə etmək olar).
İctimai Vəsaitin Monitorinqi Mərkəzi görüşün maddi-texniki təchizat məsələlərinin həlli, yerli icmalçıların iştiraka dəvət olunmasının təşkil edilməsi üçün məsuliyyət daşımışdır. İPD-nin jurnalistikada treyninq məsələləri üzrə direktoru Anya Şiffrin proqramı hazırlamış, qonaq qismində çıxış edəcək natiqləri dəvət etmiş və növbəti əlavə fəaliyyətlər üçün məsuliyyət daşıyacaq. İPD-nin www.journalismtraining.net İnternet səhifəsində əldə oluna biləcək maliyyə və iqtisadiyyat məsələlərini işıqlandıran jurnalistlər üçün bir vebsayta malikdir, Vyetnamda, Moldovada, Amerika Birləşmiş Ştatlarında icmalçılar üçün serminarlar keçirmişdir.
Bu tədbir ATƏT, Açıq Cəmiyyət İnstitutu (Şərq-Şərq və Şəbəkə Media Proqramlarının təmənnasız yardımı sayəsində) və Siyasi Dialoqlara Təşəbbüs Qrupu tərəfindən maliyyələşdirilir.