Mingechevir Gendja Nakhchivan Mingechevir Baku Nakhchivan Lenkeran Lenkeran

Open Society Institute - Assistance Foundation
Open Society Institute - Assistance Foundation Open Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance FoundationOpen Society Institute - Assistance Foundation
Azeri version

English version


Home
  ACİ-YF-du HAQQINDA
   Bani
   Açıq Cəmiyyət
   Rəqəmlər
   Şəbəkə
  ŞÖBƏLƏR
   Təhsil
   Vətəndaş Cəmiyyəti
   İnformasiya
  QRANTLAR
  İNFO SESSİYALAR
  XƏBƏRLƏR
  TVS
  ƏLAQƏ
Azərbaycan Şriftlərini Buradan Yükləyin


Latest News  
Accessibility rating: Public Finance Information
National NGOs report of the 2004 BTC Pipeline (Azerbaijan section) monitoring program
OSI-AF announces completion of important phase of the BTC Pipeline Monitoring Project
Challenges of BTC pipeline monitoring
Article from ECHO
IFC Press Release
Workshop for Reporters on Covering Oil Wealth
General Press Release
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 1
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 2
Workshop for Reporters on Covering Oil Wealth
Press Release - Day 3

About  
About CRW
Concept
Strategy
About PWYP
EITI in Azerbaijan
   Coalition "On improving transparency in extractive industries"
BTC Pipeline Monitoring
   Memorandum of Understanding - OSI and BP [az] [en]
   List of selected monitors
   Minutes on selection processes
   BTC Monitoring Report
Book and Overview
Report Overview [eng]
Report Overview [aze]
Report Overview [rus]
Full Text of the Report
"Public Finance" magazine #1


International Launch  
Conferences  
The Hazards of Petroleum Wealth: A Workshop for Reporters
Baku, Azerbaijan
November 19-21, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Washington, USA
May 12, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Baku, Azerbaijan
May 29, 2003
Caspian Oil Windfalls: WHO WILL BENEFIT?
Almaty, Kazakhstan
June 2, 2003
"Can the Caspian Avoid the Oil Curse?"
London
June 11, 2003
"Caspian Oil: EU Interests and Concerns"
Brussels
June 13, 2003
Training for NGO
Baku, Azerbaijan
May 2003
Competition for Journalists
Baku, Azerbaijan
July 2002
Oil Funds
Baku, Azerbaijan
July 18 2002

Links  
Caspian Revenue Watch / NY
Extractive Industries Transparency Initiative (EITI)
Extractive Industries Transparency Initiative (EITI)
Public Policy Research Center / Kazakhstan
Iraq Revenue Watch
Kazakhstan Revenue Watch
Public Finance Monitoring Center
Azerbaijan Oil Industry
EBRD NGO dialogue


Neft sərvətinin imkanları:
icmalçılar üçün seminar

Neft sərvətinin imkanları: 19, 20, 21 noyabr 2003-cü ildə Bakıda icmalçılar üçün Radison SAS Plazada keçiriləcək seminar.

Bu tədbir Siyasi Dialoqlar üzrə Təşəbbüs Qrupu və İctimai Vəsaitin Monitorinqi Mərkəzi tərəfindən təşkil edilir. ATƏT, Açıq Cəmiyyət İnstitutu (Şərq-Şərq və Şəbəkə Media Proqramlarının təmənnasız yardımı sayəsində) və Siyasi Dialoqlar üzrə Təşəbbüs Qrupu tərəfindən maliyyələşdirilir.

Neft sərvətinin idarə olunması inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə ümdə problemlərdən biridir. Dövlətlərin yüksək inflyasiya və aşağı inkişaf kimi makroiqtisadi tənasübsüzlük, ehtiyatlardan qeyri-səmərəli istifadə, gəlirlərin qeyri-bərabərliyi və korrupsiya faktlarını təhrif etmədən iri gəlirlərin daxil olması məslələri ilə necə məşğul ola bilmələri qərarını qəbul etmələrinə ehtiyac duyulur. Azərbaycan onun rəhbərliyinin müvafiq problemləri necə həll etməsindən asılı olan böyük enerji resurslarına malik digər ölkələr üçün təqlid nümunəsi ola bilər.

Noyabrın ikinci yarısında keçiriləcək üçgünlük seminarda iştirak edən jurnalistlər təbii qaynaqlarla bağlı problemlərlə, digər ölkələrin təcrübələri ilə tanış olacaq və bir sıra müvafiq texniki və makro\mikro iqtisadi məsələlərin necə işıqlandırılması barədə müvafiq rəhbər göstərişlər almış olacaq.

Bu üçgünlük seminar biznes, iqtisadiyyat və neft sektorunu işıqlandıracaq Azərbaycan jurnalisləri üçün keçiriləcək. Maraqlananların öz işlərinin nümunəsini, tərcümeyi-hallarını, iştirak etməkdə məqsədlərini və seminardan nəyi öyrənəcəklərinə ümid bəslədiklərini açıqlayan qısa arayış təqdim etməli olacaqlar. Seçilmiş jurnalistlər bütğün iclaslarda iştirak etməli və iştirak etdiklər iiclasların ruhuna uyğun iki məqalə yazmağa hazır olmalıdırlar. Onlar seminarda iştirak edən bir neçə mühazirəçi tərəfindən dinlənilərək tənqid ediləcək.

Seminarın gündəliyi

Birinci Gün- çərşənbə, 19 noyabr
Ötəri nəzər: Xəzər Regionunun üzləşdiyi spesifik problemlərin və Xəzər mediasının oynayacağı rolun müzakirəsi üçün bir zəmin yaratmaq məqsədilə ehtiyaaların axınından yaranan sosial və iqtisadi dilemmaları açıb göstərəcəyik.

10:00-10:30 Jurnalistika Proqramlarının, Siyasi Dialoqlara Təşəbbüs Qrupunun Direktoru Anya Şiffrin tərəfindən qonaqların salamlanması və çıxış üçün giriş qeydlərinin edilməsi

10:30-11:10 Inqilab Əhmədovun «Azərbaycan İqtisadiyyatına Neft Gəlirlərinin Təsiri» mövzusunda prezentasiyası

10:10-11:30 Çay fasiləsi

11:30-13:00 Professor Cozef Stiqlits tərəfindən Neft Sərvəti olan Ölkələrin Problemlərinə dair təqdimat Stiqlits Xəzər regionu üçün digər ölkələrin üzləşdiyi və onlar üçün ən səciyyəvi hal hesab edilən problemlərdən söhbət açacaq. Bunların sırasına varlılarla kasıblar arasında qeyri bərabərlik toxumu səbən, artmaqda olan korrupsiya halları, dövlətin və özəl sənayenin zəif inkişafı şəklində təzahür edən Holland xəstəliyi kimi makroiqtisadi təsirlər təsirlər daxildir.

13:00-14:00 Nahar fasiləsi

14:00-15:20 Xəzər Hövzəsi üçün spesifik problemlərin müzakirəsi. Nazim İmnaov xüsusi maraqlardan və şəffaflığın olmamasından irəli gələn mümkün təzyiqləri özündə cəmləşdirən bir sıra problemlərə toxunacaq. Endrü Finkel icmalçılara onların hazırlamış olduqları mətbuat icmallarına Azərbaycan iqtisadiyyatına xas olan şərtlərin necə təsir etdiyini düşünmək yolu ilə istiqamət verib yardım göstərəcək.

15:20-15:40 Çay fasiləsi

15:40-17:00 Müzakirələrin davam etdirilməsi

İkinci Gün-Çərşənbə, 20 noyabr
Ölkələrin dərsləri

10:00-13:00 Sabit Bağırov və İnqilab Əhmədov oxşar strateji dilemmalara malik olmuş, öz problemlərindən hansının Xəzər regionuna şamil olunduğunu və hansı uğurlu nəticələrin məqbul ola biləcəyini diqqətlə nəzərdən keçirən digər ölkələrin təcrübəsindən əldə olunmuş dərsləri müzakirə edəcəklər (11:20-11:40-da nəzərdə tutulan çay fasiləsi də daxil olmaqla)

13:00-14:00 Nahar fasiləsi

14:00-16:00 Keyt Klark yaxşı idarəçilik təcrübələrindən, hökumət büdcələrinin işlənib hazırlanması, həyata keçirilməsi kimi proseslərə şamil edilməsi baxımından şəffaflığın zəruriliyi məsələsin ətoxunacaq (15:20-15:40-dakı çay fasiləsi də daxil olmaqla)

Üçüncü Gün-Cümə, 21 noyabr

10:00-12:20 Cenik Radon tərəfindən aparılacaq vərdişlər seminarı
Radon icmalçıların yeni neft sərvətinin iqtisadi və maliyyə aspektlərinin işıqlandırılması zamanı eytiyac duyacaqları iqtisadi biliklərinin səviyyəsinə diqqət yetirəcək. Müzakirələrə aşağıdakılar daxil olacaq:

  1. neft qiymətləri necə təyin edilir, ölkənin neft üzrə ədalətli qiymətlər əldə edib-etməməsinin qiymətləndirilməsində icmalçılara kömək göstərilməsi;
  2. neft şirkətləri ilə hökumətlər arasında standart müqavilə prosedurları;
  3. icmalçıların hansı gəlirlərin vacib olmasının qiymətləndirilməsi üzrə müstəqil üsullar əldə edə bilmələri üçün neft istehsalına necə nəzarət olunduğu;
  4. neft qiymətlərində enib-qalxmalar və onlar ayrı-ayrı ölkələrə necə təsir göstərirlər;
  5. OPEC-in rolu və o, Xəzər regionundakı ölkələrə necə təsir göstərə bilər;
  6. neft şirkətlərinin və milli resurs fondlarının balanslarının və digər maliyyə hesabatlarının monitorinqi;
  7. ölkənin iqtisadi vəziyyətlərindən asılı olaraq, milli resurs fondlarından kənar artmış xərclərin makro-iqtisadi təsirlərinin qiymətləndirilməsi. (11:20-11:40-da nəzərdə tutulan çay fasiləsi də daxil olmaqla)

12:20-13:00 Emin Hüseynov Yeni Büdcə Tənzimləmələri məsələsinə toxunur. Hüseynov bu yaxınlarda Azərbaycanda qüvvəyə minmiş yeni büdcə sistemləri qanunun müəyyən cəhətlərini, müvafiq şəffaflıq, dövlət büdcəsinin Neft Fondu ilə əlaqəsi də daxil olmaqla, onun dövlətin maliyyə hesabatı və əməliyyatlarına təsirini müzakirə edəcək, habelə icmalçıların nəzərdən keçirməyə ehtiyac duyduqları əsas rəqəmləri göstərəcək.

13:00-14:00 Nahar fasiləsi

14:00-16:30 Sahin Alpay və Endrü Finkel Mətbuatda Gələcək İşıqlandırma Strategiyası və Fəaliyyət Planını müzakirə edəcəklər. Onlar hansı mövzuların işıqlandırılmasının zəruri olduğunu, bununla əlaqədar olaraq, jurnalistlərin üzləşə biləcəkləri problemləri göstərəcək və aşağıdakı problemləri xüsusilə yadda saxlamaqla növbəti icmal materiallarınının hazırlanması strategiyaları və mətbuatda növbəti işıqlandırma üzrə fəaliyyət planı işləyib hazırlamış olacaqlar: korrupsiya, məlumat qıtlığı, dərc etmək arzusunda olmama, özünüsenzura, icmalçılara qarşı təzyiq. Həmin sessiyada digər ölkələrdən «maraqlı mövzular»a (qəzetlərdən kəsilmiş məqalələrlə) dair nümunəlirin və işıqlandırılacaq materiallarda öz əksini tapan problemlər və onların necə aradan qaldırılması yolları müzakirə ediləcək. Biz yerli naşirləri və redaktorları onların perspektivləri haqda ümumi təsəvvürə malik olmaq məqsədilə həmin müzakirələrə cəlb edə bilərik (15:20-15:40-da nəzərdə tutulan çay fasiləsi də daxil olmaqla)

16:30-17:30 Yekun qeydlər: Endrü Finkel və Sahin Alpay. Qiymələndirmə blanklarını doldurulması

Natiqlər:

İnqilab Əhmədov Azərbaycanda fəaliyyət göstərən Trend analitik informasiya agentliyinin təsisçisi və direktorudur. O, həm də Azərbaycanda İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəridir. Əhmədov 1998-1999-cu illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məsləhətçisi vəzifəsində çalışmışdır.

Sahin Alpay İstanbulun Bahceşehir Universitetində politologiyadan və Türkiyə siyasətindən dərs deyir. O, İstanbulda nəşr olunan Cumhuriyyət, Sabah və Milliyyət qəzetlərinin redaktoru və müxbiri vəzifəsində çalışmış və hal-hazırda isə, Zaman qəzeti üçün səhifələr hazırlayır. O, CNN-nin Türkiyə xidməti üzrə həfətəlik müsahibə verilişləri aparmış və Soros Fondunun Türkiyə Nümayəndəliyinin məsləhətçi şurasında iki il çalışmışdır.

Sabit Bağırov Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Şəffaflıq Şurasının sədridir və daha böyük səmərələşdirici addımlar ataraq ARDNŞ-də köklü yenidənqurma işlərini həyata keçirdiyi 1992-1993-cü illər ərzində onun prezidenti olmuş, neft-qaz yataqlarının işlənməsi üzrə xarici sərmayədarlarla bağlanmış müqavilələrə görə məsuliyyət daşımışdır.

Keyt Klark ABŞ-ın Maliyyə Nazirliyinin işçisi olmaqla Azərbaycan Maliyyə Nazirliyində rezident büdcə məsləhətçisi vəzifəsində çalışır. Onun ABŞ-ın dövlət və yerli idarəetmə orqanlarında 30 ildən yuxarı iş təcrübəsi var.

Endrü Finkel Miçiqan Universitetində Knight Wallace elmi-tədqiqat işini başa vurmuş və onun iş üzrə təyinatı xarici müxbir vəzifəsində çalışmaqdan ibarət olmuşdur. O, 1989-cü ildən bəri Daily Telegraph, The Times, The Economist, sonda isə TIME jurnalına çoxlu məqalələr yazmaqla məşğul oluşdur. O, eyni zamanda CNN –də diktor və daimi assistent vəzifəsində çalışmışdır. Finkel yeganə xarici vətəndaşdır ki, kütləvi tirajla buraxılan bir türkdilli qəzetdə müntəzəm səhifə hazırlayır və Türkiyə mediyasında mütəmadi olaraq çıxış edir. O, nəşriyyat hüquqları və şəffaflığı məsələləri ilə bağlı olaraq, sırf elmi üslubda yazılar dərc etdirmişdir. O, türkcə sədis danışır.

Nazim Imanov öndə gedən Azərbaycan iqtisadçılarından biridir. İmanov Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş və Milli İstiqlal Partiyasının təsisçilərindən biri olmuşdur.

Cenik Radon Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və Dövlət Məsələləri Məktəbində adyunkt dosent vəzifəsində çalışır. Radon regiondakı bir sıra boru kəməri müqavilələrinin üzərində işləmişdir. Radon Stanford Universitetinin Hüquq və Biznes Məktəblərində mühazirəçi işləmiş və 2000-cii ildə Gürcüstan Hökumətinin Şöhrət Ordeninə layiq görülmüşdür.

Anya Şiffrin icmalçılar üçün müvafiq www.journalismtraining.net İnternet səhifəsi olan Siyasi dialoqlar üzrə Təşəbbüs Qrupunda həyata keçirilən Jurnalistika Proqramlarının Direktoru vəifəsində çalışır. Şiffrin Amsterdamda çalışdığı üç il və Dow Jones Newswires-ın büro rəisi kimi Hanoyda fəaliyyət göstərdiyi iki il də daxil olmaqla 10 il biznes jurnalisti kimi fəaliyyət göstərmişdir. O, İspaniyada, Türkiyədə, pakistanda və Birləşmiş Krallıqlarda müstəqil siyasətçi kimi çalışmışdır. Şiffrin Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq və İctimai Məsələlər Məktəbində mediyanın zənginləşdirilməsi üzrə birgə direktor vəzifəsində çalışmışdır. Onun üzdə olan kitabı- Qloballaşmanın İşıqlandırılması: İcmalçının Məlumat Kitabı Kolumbiya Universitetinin Nəşriyyata tərəfindən 2004-cü ildə nəşr ediləcək.

Coseph E. Stiqlits Nyu Yorkdakı Kolumbiya Universitetinin İqtisadi Nəzəriyyə və Maliyyə üzrə Direktorudur. O, 2001-ci ildə iqtisadi elmlər üzrə Nobel Mükafatı ilə təltif edilmişdir. O. 1993-95-ci illərdə, yəni Klinton administrasiyası dövründə İqtisadi Məsləhətçilər Şurasının üzvü olmuş və 1995-97-ci illərdə İMŞ-nin sədri olmuşdur. Sonra o, 1997-2000-ci illərdə Dünya Bankının Baş İqtisadçısı və Birinci Vitse Prezidenti olmuşdur.














webmaster@osi-az.org